Tramp: Hörmüzdə qəzaya uğrayan pilotlar 'yaxşıdır'
ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan hərbi helikopterin pilotlarının vəziyyəti "yaxşıdır".

İlk dəfə "The New York Times" qəzetinin yaydığı məlumata görə, ABŞ ordusuna məxsus "Apache" döyüş helikopteri qəzaya uğrayıb. Məsələdən xəbərdar olan iki mənbənin sözlərinə görə, ekipajın iki üzvü təhlükəsiz şəkildə xilas edilib.

Mənbələrdən biri anonimlik şərti ilə qəzetə deyib

ki, helikopterin İran tərəfindən vurulması, yoxsa texniki nasazlıq nəticəsində qəzaya uğraması hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Tramp Nyu-Yorkda NBA final oyununu izlədikdən sonra Con Kennedi Beynəlxalq Hava Limanında jurnalistlərə bildirib ki, ABŞ hökuməti iyunun 9-da hadisə ilə bağlı hesabat yayacaq.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google