ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İran məsələsində
Birləşmiş Ştatlar və İsrailin məqsədləri tam üst-üstə düşmür.
O, iyunun 8-də "Fox News" telekanalına müsahibəsində deyib ki, ABŞ
və İsrailin bir çox ortaq maraqları olsa da, bəzi məsələlərdə,
xüsusilə İranla bağlı maraqları bir-birindən fərqlənir.
Vens qeyd edib ki, İsrailin öz məqsədləri var, ABŞ isə
İranın nüvə
silahı əldə etməsinin qarşısını almağa fokuslanıb.
Vitse-prezidentin dediyinə görə, son diplomatik səylər uzunmüddətli
razılaşma üçün "zəruri imkan yaradıb". O əlavə edib ki, gələcək
razılaşma 2015-ci il sazişindən fərqli olacaq, çünki həmin
razılaşmada "iranlıların heç vaxt nüvə silahı hazırlaya
bilməyəcəyinə təminat verəcək təftiş sistemi yox idi".
Vens ABŞ-nin əsas məqsədinin uzunmüddətli perspektivdə Tehranın öz
öhdəliklərinə əməl etməsini yoxlamaq olduğunu vurğulayıb:
"İranlılar bu müharibənin davam etməsini istəmirlər; bu, onların
maraqlarına uyğun deyil".
Onun sözlərinə görə, uğurlu razılaşma "Amerika xalqı üçün böyük
qələbə" olacaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.