“Terror aktı törətməyə cəhd” ittihamı ilə həbs olunmuş siyasətçi,
“Güclü Gürcüstan – Lelo” koalisiyasının liderlərindən
biri Aleko Elisaşvili məhkəmə zalından çıxarılarkən belə deyib:
“Yeni patriarxımızdan soruşun, niyə bizim patriarx
ölkədə baş verən heç nəyə reaksiya vermir? Bu qədər insan
həbsdədir, insanlara işgəncə verilir, bunlar onu maraqlandırmır?
Biz Mozambikdəyik?”
Hakim Qiorqi Qelaşvili ona bir neçə dəfə xəbərdarlıq etdikdən sonra
Elisaşvilini məhkəmə zalından çıxarıb.
“Bu qədərinə dözmək artıq mənim üçün həddindən artıqdır! Məhkəməyə
hörmətsizlik və təhqirə görə Aleko Elisaşvili məhkəmə zalından
çıxarılır”, – hakim Qelaşvili bildirib.
Bundan əvvəl Elisaşvili ekspert qismində dindirilən şahidə suallar
verirdi.
“Borjomi meşə yanğını və ‘Uşaqlar Dünyası’ ticarət
mərkəzinin yanması hadisələri ilə bağlı ekspert kimi hər hansı
əlaqəniz olubmu?” – deyə o şahidə müraciət edib.
Ekspert bu suala mənfi cavab verib.
Növbəti sualı verməyə başlayarkən hakim ondan konkret sual
verməsini tələb edib.
Elisaşvili isə cavabında deyib:
“Mənə danışmağa imkan vermirsiniz, fikrimi
formalaşdırıram. Konteksti izah etmədən sualı necə verim? Xahiş
edirəm, sözümü kəsməyin.”
Bundan sonra hakim onu məhkəmə zalından çıxarmaq barədə qərar
verib.
Daha sonra vəkil hakimdən Elisaşvilinin hansı səbəbdən zaldan
çıxarıldığını soruşub.
Hakim Qelaşvili cavabında bildirib:
“Onun məhkəməni təhqir etdiyi qədər indiyədək heç bir
təqsirləndirilən şəxsə dözməmişəm.”
Vəkil yenidən soruşub:
“Sual verməyə imkan verin. O, sadəcə ‘xahiş edirəm’
ifadəsini işlətdiyinə görə çıxarılır?”
Hakim buna cavab olaraq:
“Təkcə buna görə deyil”, – deyib.
Bundan əvvəl edilən
xəbərdarlıqlardan birinə cavab olaraq
Elisaşvili hakimə belə demişdi:
“Ürəyim partladı, elə qorxdum
ki...”
Bu ifadədən sonra vəkil reaksiya verib, hakim isə bildirib ki:
“Mən heç kimi qorxutmuram. Sadəcə qaydalara əməl
olunmasını tələb edirəm. Bu son
xəbərdarlıqdır.”
Məlumat üçün qeyd edək ki, Aleko Elisaşviliyə Gürcüstan Cinayət
Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi ilə ittiham irəli
sürülüb. Bu maddə terror aktı törətməyə cəhdi nəzərdə tutur və 10
ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə
bilər.
Bundan əlavə, ona həmin maddə üzrə daha bir epizod üzrə də ittiham
irəli sürülüb. Bu ittiham terror məqsədilə törədilən partlayış,
yanğın törətmə, insanlara hücum, silahdan istifadə və ya insanların
həyatına son qoyulması, böyük maddi zərər vurulması və ya digər
ağır nəticələr yaratmaq təhlükəsi doğuran hər hansı başqa hərəkətlə
bağlıdır.
Bu əmələ görə də qanunvericilik 10 ildən 15 ilədək azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutur.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.