ABŞ-nin dəniz blokadasının başlamasından iki ay sonra İran xam
nefti daşıyan ilk tankerlər Hörmüz boğazını tərk edib.
Bu barədə iyunun 17-də neft yüklərinin daşınması və saxlanmasını
izləyən "Tanker Trackers" platforması məlumat yayıb.
Bu, ABŞ və İranın iyunun 19-da İsveçrədə müharibəyə son qoymağı
hədəfləyən ilkin sazişi imzalamağa hazırlaşdığı vaxtda baş
verir.
"Tanker Trackers" peyk görüntüləri ilə
tutuşdurulmuş rəqəmsal
məlumatlara əsaslanaraq bildirib ki, İranın son iki ayda ilk xam
neft ixracı gerçəkləşib.
"Milli İran Tanker Şirkətinə məxsus ən azı iki tanker,
o cümlədən xam neft daşıyan nəhəng "Diona" və "Hero 2"
supertankerləri ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz blokadası
zonasından keçib. Onlar İran terminallarından ümumilikdə 3.8 milyon
barel xam neft yükləyərək təyinat məntəqələrinə doğru hərəkət
edirlər", – platformanın "X" sosial şəbəkəsindəki
paylaşımında qeyd olunub.
Şirkət daha sonra İranın üçüncü tankerinin də ABŞ-ın dəniz
blokadasını yarıb keçdiyini açıqlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.