ABŞ və İsraillə müharibə İranın Şərif Texnologiya Universitetinə
təxminən 48.8 milyon dollar məbləğində ziyan vurub.
Hökumətin avadanlıqların və texnoloji infrastrukturun bərpası üçün
ayırdığı vəsait isə Tehrandakı bu ali təhsil müəssisəsinin ehtiyac
duyduğu resursların yalnız dörddə birini qarşılayır.
Universitetin rəhbəri Məsud Təcrişi iyunun 17-də bildirib ki,
dəymiş zərər təhsil ocağının texnoloji imkanlarının əhəmiyyətli
hissəsini əhatə edir.
"Universitet
hazırda çox məhdud imkanlarla işləyir. Süni intellekt
sistemi də daxil olmaqla, bəzi xidmətlər tamamilə dayanıb,
superkompüterlərin hesablama sürəti isə 10 faizə enib", – o
deyib.
Təcrişinin sözlərinə görə, Elm Nazirliyi universitetə kompensasiya
olaraq cəmi 14.6 milyon dollar ayırıb ki, bu da tələb olunan
vəsaitin təxminən 25 faizinə bərabərdir.
O bildirib ki, növbəti bir il ərzində hərbi əməliyyatlar
nəticəsində itirilmiş xidmət və imkanların cəmi 25 faizinin bərpa
olunacağı gözlənilir.
Şərif Texnologiya Universiteti aprelin 7-də ABŞ və İsrailin hava
zərbələrinin hədəfinə çevrilib. İnformasiya və kommunikasiya
texnologiyaları sahəsində fəaliyyət göstərən təhsil müəssisəsinin
əsas hesablama mərkəzi bombardman nəticəsində dağıdılıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.