Marneuli meriyası ictimai məktəblərin reabilitasiyası və yeni
infrastrukturun qurulması üçün layihə-smeta sənədlərinin
hazırlanması məqsədilə bazar araşdırması elan edib.
Sənədlərə əsasən, araşdırma bələdiyyənin yeddi ictimai məktəbini
əhatə edir, satınalmanın təxmini ümumi dəyəri isə 1 920 000
laridir.
Bazar araşdırması çərçivəsində Kürtlər kənd ictimai məktəbində yeni
tədris korpusunun layihələndirilməsi, mövcud binanın bərpası,
həmçinin idman və süni örtüklü meydançaların
qurulması
planlaşdırılır. Algeti kənd məktəbində isə yeni tədris korpusunun
tikintisi və mövcud binanın bərpası layihəsi hazırlanacaq.
Marneuli şəhərinin Candar qəsəbəsindəki ictimai məktəb üçün idman
zalı, yeməkxana, yeni tədris korpusu, kitabxana və inzibati
sahələrin, eləcə də həyətin abadlaşdırılmasının layihələndirilməsi
nəzərdə tutulur. Sabirkənd 1 saylı ictimai məktəbində isə bufet
tikintisi və tədris korpusunun qismən bərpası layihəsi
hazırlanacaq.
Şulaver 2 saylı ictimai məktəbində yeni tədris korpusu, idman zalı,
kitabxana, yeməkxana, inzibati sahələr, xarici işıqlandırma və
həyətin abadlaşdırılmasının layihələndirilməsi planlaşdırılır.
Qızılhacılı 1 saylı məktəbində idman zalının tikintisi, mövcud
binanın bərpası və xarici infrastrukturun nizamlanması layihəsi
hazırlanacaq. Kirovka kənd ictimai məktəbində isə kiçik bufet
tikintisi, mövcud binanın bərpası və həyətin abadlaşdırılmasının
layihələndirilməsi nəzərdə tutulur.
Bazar araşdırması başa çatdıqdan sonra bələdiyyə tender elan
edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.