Marneulinin 16 kənd məktəbində gürcü bölməsinə birinci sinif şagirdi qeydiyyatdan keçməyib
Marneulinin bir sıra məktəblərində yeni açılan gürcü bölmələri şagirdsiz qalıb.

Təhsil nazirinin qərarına əsasən, 2026–2027-ci tədris ilindən etibarən bütün qeyri-gürcüdilli məktəblərdə gürcü bölməsinin açılması məcburi tələb olub. Bu yeni tənzimləməyə uyğun olaraq, Marneulidə fəaliyyət göstərən 57 qeyri-gürcüdilli məktəbə gürcü bölməsi üzrə birinci sinfə qəbul ediləcək şagird yerlərinin kvotası müəyyənləşdirilib.

Bu gün, iyulun 3-də birinci sinif şagirdlərinin ümumi qeydiyyat prosesi rəsmi olaraq başa çatır. Təhsilin İdarəolunması İnformasiya Sistemi (EMİS) tərəfindən yayımlanan məlumatlar göstərir ki, Marneuli bələdiyyəsinin bir sıra kəndlərində məktəblərə əlavə edilən gürcü bölmələri üçün ayrılmış yerlərə

ümumiyyətlə qeydiyyatdan keçən olmayıb və bölmələr birinci sinif şagirdi olmadan qalıb.

Belə ki, aşağıdakı kənd məktəblərinin gürcü bölmələrinə bir nəfər də olsun şagird qeydiyyatdan keçməyib:
  • Ağkörpü kəndi – ayrılmış 25 yerin hamısı boş qalıb;
  • Daştəpə kəndi – ayrılmış 25 yerin hamısı boş qalıb;
  • Çanaxçı kəndi – ayrılmış 20 yerin hamısı boş qalıb;
  • Opreti kəndi – ayrılmış 20 yerin hamısı boş qalıb;
  • Ağməmmədli kəndi – ayrılmış 15 yerin hamısı boş qalıb;
  • Kirovka kəndi – ayrılmış 10 yerin hamısı boş qalıb;
  • Xocorni kəndi – ayrılmış 10 yerin hamısı boş qalıb;
  • Xancığazlı kəndi – ayrılmış 8 yerin hamısı boş qalıb;
  • Şaumyani 1 saylı məktəbi – ayrılmış 5 yerin hamısı boş qalıb;
  • Şaumyani 3 saylı məktəbi;
  • Algeti 1 saylı məktəbi;
  • Algeti 3 saylı məktəbi;
  • Aşağı Saral kənd ictimai məktəbi;
  • Sadaxlı 1 saylı məktəbi;
  • Sadaxlı 2 saylı məktəbi;
  • Tsopi kənd ictimai məktəbi.
Məlumat üçün bildirək ki, Marneuli bələdiyyəsində ümumilikdə 74 dövlət məktəbi fəaliyyət göstərir. Bu il rayon üzrə ümumilikdə 2 minə yaxın birinci sinif şagirdinin qəbul olunacağı gözlənilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google