"Qırmızı Körpü – Tsalka – Axalkalaki" magistral qaz kəmərində
planlaşdırılan yenidənqurma və bərpa işləri ilə əlaqədar
olaraq,
bu gün, iyulun 6-sı səhər saat 06:00-dan etibarən təbii qazın
verilməsi rəsmi şəkildə dayandırılıb.
Qaz təchizatının məhdudlaşdırılması iyulun 9-u saat 09:00-dək davam
edəcək və Kvemo Kartli miqyasında Marneuli, Bolnisi və Dmanisi
bələdiyyələrini əhatə edir. Siyahı belədir:
Marneuli bələdiyyəsi -
72 yaşayış məntəqəsinin (o
cümlədən Marneuli şəhəri daxil olmaqla, qazın mərhələli şəkildə
bərpası planlaşdırılır) qazı kəsilib;
Dmanisi bələdiyyəsi - məhdudiyyət 34 yaşayış
məntəqəsinə (Dmanisi şəhəri daxil olmaqla) təsir edib;
Bolnisi bələdiyyəsi - 31 yaşayış məntəqəsi
(Bolnisi şəhəri və Kazreti qəsəbəsi daxil olmaqla) təbii qazsız
qalıb.
Şirkətin məlumatına görə, təbii qazın verilməsinin bərpasına iyulun
9-u saat 09:00-dan etibarən mərhələli şəkildə başlanılacaq və günün
sonunadək tam təmin olunacaq.
"SOCAR Georgia Gas" təhlükəsizlik normalarına riayət olunması üçün
abonentləri qaz təchizatı bərpa olunana qədər bütün qaz cihazlarını
və kranlarını qapalı vəziyyətdə saxlamağa çağırır.