Düşənbədə yarım ildə 93 falçı aşkarlanıb – 11 müştəri də cərimələnib
Düşənbə polisi 2026-cı ilin ilk yarısında 93 falçılıq faktı aşkar edib. Bildirilir ki, əvvəllər cadugərliyə görə cərimələnən, amma yenidən bu işə qayıdan beş nəfərə qarşı cinayət işi açılıb. Bundan əlavə, falçıya müraciət edən 11 nəfər də inzibati qaydada cərimələnib.

Polis vətəndaşları bu mənfi halın qarşısını almağa, falçılardan uzaq durmağa və hüquq-mühafizə orqanlarına kömək etməyə çağırıb.

Tacikistanda

falçılıq və cadugərlik qanunla qadağandır. Bu fəaliyyətə görə inzibati cərimə hələ 2008-ci ildə tətbiq edilib. Qanuna görə, sehrbazlıqla məşğul olan şəxslər 7.8 min somoni (843 dollar) cərimə və ya 15 günədək həbs cəzası ilə üzləşə bilərlər.

Bu xətanı təkrar törədənləri artıq cinayət məsuliyyəti — 150 min somoniyədək (16 min dollar) cərimə, yaxud 1 ildən 2 ilədək həbs gözləyir.

Fevralın sonunda Tacikistan DİN falçı və cadugərlərin insanları terrora sürüklədiyini əsas gətirərək onlar üçün xüsusi baza yaradıldığını elan edib. Nazirliyin statistikasına görə, 2026-cı ilin əvvəlinə ölkədə 5 mindən çox cadugər, falçı və dini təhsili olmayan (qeyri-rəsmi) molla qeydiyyata alınıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google