Bazar ertəsi – iyulun 13-də Asiya birjalarında səhmlər ucuzlaşıb.
Buna Fars körfəzində döyüşlərin şiddətlənməsi, İranın strateji
əhəmiyyətli Hörmüz boğazını bağladığını bəyan etməsi səbəb olub.
Neft kəskin bahalanıb, dünyada inflyasiya riskləri yenidən
artıb.
Brent markalı neftin qiyməti 4,3 faiz artaraq bir barel üçün 79,31
dollara yüksəlib. Bu, son minimum 70,14 dollar həddindən xeyli
yüksəkdir. ABŞ-nin WTI
markalı nefti isə 4,4 faiz bahalaşaraq 74,62
dollara çatıb.
ABŞ rəsmiləri bildiriblər ki, son 24 saat ərzində təxminən 20 gəmi
Hörmüz boğazından hərbi müşayiətlə keçirilib. Amma gəmi izləmə
sistemlərinin məlumatları boğazda hərəkətin hələ də çox zəif
olduğunu göstərir.
“Reuters” yazır ki, səhm investorları əsas diqqəti maliyyə
hesabatları mövsümünə yönəldib. Xüsusilə süni intellekt sahəsində
fəaliyyət göstərən şirkətlərdən rekord mənfəət gözlənilir. Böyük
banklar sabahdan – iyulun 14-dən hesabat açıqlamağa başlayacaq.
Həftə ərzində Netflix və General Electric də maliyyə hesabatlarını
dərc edəcək.
ABŞ-ın S&P 500 indeksinin fyuçersləri 0,6 faiz, Nasdaq
fyuçersləri isə 1,3 faiz ucuzlaşıb.
Avropada EURO STOXX 50 fyuçersləri 0,9 faiz, Almaniyanın DAX
fyuçersləri 1 faiz, Böyük Britaniyanın FTSE fyuçersləri isə 0,3
faiz geriləyib.
Yaponiyanın Nikkei indeksi 2,2 faiz enib. İndeks ötən həftə də 1,7
faiz itirmişdi.
MSCI-nin Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionunu
əhatələyən əsas indeksi isə 1,8 faiz düşüb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.