Şənbə günü, iyulun 11-də Kaspi bələdiyyəsinin Lamisğana kəndi
yaxınlığında, Ksani çayında 18 yaşlı gənc oğlan boğulub.
Məlumatı ilkin olaraq yerli "Qartli Ambebi" (qartli.ge) nəşri
yayıb. Nəşr adı açıqlanmayan yerli sakinlərə istinadən yazır ki,
həyatını itirən gənc bu kəndə qonaq gəlibmiş.
Həmçinin yerli sakinlərin ehtimalına görə, gənc oğlanın ölümünə
"çayın məcrasının və ekosisteminin zədələnməsi" səbəb
olub.
Bununla yanaşı, "TV Pirveli" telekanalının yaydığı məlumata
görə:
- "Ehtimala görə, o, suyun dizinə qədər olduğunu düşünüb, lakin
qəfildən dərin quyuya düşüb və oradan çıxa bilməyib".
- Qeyd olunan quyunun isə "çayın dibindən qum və çınqıl
çıxarılması nəticəsində süni şəkildə" yarandığı bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən
məlumata görə, faktla bağlı Cinayət Məcləsinin 115-ci maddəsi
(özünü öldürmə həddinə çatdırma) ilə təhqiqat aparılır. Digər
hallar müəyyən olunana qədər, ölüm faktlarından sonra araşdırmalar
çox vaxt məhz bu standart maddə ilə başladılır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.