İyulun 12-də səhər saatlarında Telavidə yağan güclü yağış
nəticəsində Telavisxevi çayı məcrasından çıxıb və sel suları
şəhərin bir neçə küçəsini su altında qoyub.
Təbii fəlakət ciddi ziyana yol açıb.
Vəziyyəti qiymətləndirmək üçün hazırda hadisə yerində Milli Ətraf
Mühit Agentliyinin geoloq və hidroloqlardan ibarət qrupu
işləyir.
Agentliyin meteorologiya stansiyalarının məlumatına görə, Telavi
stansiyasında yağıntının miqdarı 57.3 mm təşkil edib ki, bu da
aylıq normanın 85%-nə bərabərdir. İqalto stansiyasında isə 40.1
mm
yağıntı qeydə alınıb.
Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, güclü atmosfer
yağıntıları Telavisxevi çayı hövzəsində sel proseslərini kəskin
şəkildə aktivləşdirib.
"Bərk çöküntülər və suyun kritik
kütləsinin birləşməsi güclü sel axını formalaşdırıb. Çayın orta
axarında yerləşən üç selötürücü qurğu axının filtrasiyasını qismən
təmin edib: birincisi iri ağac və odun materiallarını, ikincisi az
miqdarda kiçik ağac qalıqlarını, üçüncüsü isə daş-çınqıl
fraksiyasını saxlayıb", - agentliyin məlumatında deyilir.
Buna baxmayaraq, sel axınının böyük həcmi və enerjisi hər üç
qurğunun sol tərəfindən yan keçib, köhnə torpaq yolunu müvəqqəti
məcra kimi istifadə edib, sahilyanı mühafizə qurğularına ziyan
vurub və yolun müəyyən sahələrində örtüyün deformasiyasına səbəb
olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.