Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun
açılışında Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan
edən 907-ci düzəlişin tam köhnəldiyini deyib, onun ləğvinin
vacibliyindən danışıb.
O deyib ki, Azərbaycan və Ermənistan ötən il Ağ Evdə Prezident
Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Prezident
əlavə edib ki, sonra isə Azərbaycan Ermənistana olan
məhdudiyyətləri birtərəfli
qaydada tam aradan qaldırıb, Rusiyadan,
Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq
müxtəlif yük daşınıb.
Prezidentin sözlərinə görə, Azərbaycan özü neft məhsullarını
Ermənistana təchiz etməyə başlayıb, 10 min tondan artıq məhsul
artıq daşınıb:
“Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq
mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi
etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli
dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar
onu göstərir ki, düzəliş (907-ci – red.) tam köhnəlib və tamamilə
aradan qaldırılmalı, ləğv edilməlidir”.
907-ci düzəliş və ya 907-ci maddə (Section 907) — 1992-ci ildə ABŞ
Konqresində qəbul edilib. "Azadlığı müdafiə aktı"a əlavə edilən bu
sənəd Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən
qanunvericilik aktıdır.
ABŞ prezidentləri düzəlişi ayrı-ayrı illərdə, o cümlədən ötən il
dondurub.
Təhlilçilər ABŞ Konqresində hansısa qanunvericilik aktının ləğvinin
onun qəbulundan daha çətin olduğunu deyirlər. İndiyədək bəzi
konqresmenlər 907-ci düzəlişin ləğvi təşəbbüsü ilə çıxış edib. Bir
müddət əvvəl ABŞ-də yerləşən Atlantik Şurasının analitikləri
yazırdılar ki, konqresdə hər hansı bir qanunverici təşəbbüsünü
keçirmək çətin olsa da, Azərbaycan bunun qarşılığında ABŞ-də hər
iki partiyanın yüksək qiymətləndirəcəyi bir addım ata —əsassız həbs
edildiyi bildirilən şəxsləri azadlığa buraxa bilər. Yerli inşan
haqları müdafiəçiləri ölkədə 328 siyasi məhbus olduğunu
deyirlər.
Bir sıra konqresmenlər isə 907-ci düzəlişin ləğvinin Azərbaycanı
Qarabağdakı hərbi əməliyyatlara və insan haqları pozuntularına
baxmayaraq mükafatlandıracağını deyirlər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı
yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi
əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini
bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın
vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və
Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə
tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə
qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.