Kutaisidə, texnologiya mərkəzinə (IT Hub) çevrilməsi
planlaşdırılan keçmiş parlament binasında açılış mərasimi
keçiriləcək.
IT Hub-un açılış tədbirinin təşkili üçün 515 008 lari xərclənəcək.
Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi bu məqsədlə
"Vanilla Event" MMC ilə tender keçirilmədən, birbaşa satınalma yolu
ilə müqavilə bağlayıb.
Bu məbləğ qarşılığında sifarişçi aşağıdakı "kreativ konsepsiyanın"
həyata keçirilməsini tələb edir:
• 200 drondan
ibarət, 8–10 vizual kompozisiyanı əhatə edən, 10–15
dəqiqəlik dron şousu;
• Video məzmununun konsepsiyasının, ssenarisinin və storibordunun
hazırlanması;
• Videoçarxların çəkilişi və post-produksiya işləri;
• Çıxış edəcək spikerlərin nitqlərinin strukturunun və ssenarisinin
hazırlanması;
• Tədbirin tam şou-ssenarisinin dəqiqələr üzrə işlənib
hazırlanması;
• Tədbirin texniki və vizual rejissorluğu;
• Tədbirin videoya çəkilməsi və sonrakı video materialların
hazırlanması;
• 50 qulaqcıqla sinxron tərcümə xidmətinin təmin edilməsi;
• Birbaşa televiziya yayımının təşkili (eyni zamanda sosial
şəbəkələrdə canlı yayım);
• Sifarişçi ilə razılaşdırılmaqla, ən azı 400 nəfər üçün yüksək
standartlara uyğun furşet təşkil edilməsi.
Tədbirin iyulun 20-də saat 15:00-da keçirilməsi planlaşdırılır.
Gürcüstan hökuməti Kutaisidəki keçmiş parlament binasında
texnologiya mərkəzini hələ 2025-ci ildə açmağı planlaşdırırdı. Bu
məqsədlə İqtisadiyyat Nazirliyinin büdcəsindən 12 milyon lari
ayrılmışdı. IT Hub-un yaradılması ideyası "Gürcü Arzusu"
hökumətinin baş naziri İrakli Kobaxidzenin sələfi, hazırda həbsdə
olan İrakli Qaribaşviliyə məxsus idi.
Kutaisidə yerləşən keçmiş Parlament binası uzun illərdir
istifadəsiz qalıb. Şəffaf memarlıq üslubunda inşa edilmiş bu bina
Mixeil Saakaşvilinin prezidentliyi dövründə tikilmişdi.
Bu binada tam şəkildə yalnız 2012-ci il çağırışlı parlament
fəaliyyət göstərib. Daha sonra isə qanunverici orqan işini yalnız
Tbilisidə, Rustaveli prospektində yerləşən parlament binasında
davam etdirib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.