Prokurorluğun iyulun 15-də yaydığı məlumata görə, məhkəmə
"faşist-nasist ideologiyasını mənimsəmiş qruplaşmanın üzvləri" olan
səkkiz təqsirləndirilən şəxsə, onlardan beşi yetkinlik yaşına
çatmayan olmaqla, uzunmüddətli həbs cəzası verib.
Qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Onlar "dözümsüzlük motivi ilə törədilmiş mütəşəkkil işgəncə, qrup
halında cinayət əməllərinin təşkil edilməsi, həmin əməllərdə
iştirak və qrup halında quldurluq" ittihamları üzrə təqsirli
biliniblər.
Onlara hansı ittihamlar irəli sürülüb?
İttiham tərəfinin məhkəmə tərəfindən qəbul edilmiş mövqeyinə
əsasən, təqsirləndirilən şəxslər:
• Öz ideologiyalarına görə qəbul etmədikləri həyat tərzinə malik
şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq
aktları təşkil ediblər;
• Özlərindən fərqli baxışlara malik şəxsləri aşkar edib
cəzalandırmaq məqsədilə, dözümsüzlük zəminində əvvəlcədən seçilmiş
qurbanlara mütəşəkkil şəkildə və qrup halında hücum ediblər;
• Qurbanları alçaldıb, onlara fiziki və psixoloji zorakılıq
göstərib, işgəncə veriblər;
• Bir çox hallarda zorakılığı əks etdirən videogörüntülər çəkərək
onları müxtəlif sosial şəbəkələrdə və qapalı qruplarda
yayıblar;
• Bəzi hallarda isə zərərçəkmişlərin şəxsi əşyalarını da əllərindən
alıblar.
Prokurorluq bu açıqlamada digər təfərrüatları, o cümlədən
təqsirləndirilən şəxslərin kimliyini açıqlamayıb.
Onlara müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası verilib.
Belə ki:
• İki yetkinlik yaşına çatmış təqsirləndirilən şəxs 14 il müddətinə
azadlıqdan məhrum edilib;
• Bir yetkinlik yaşına çatmış şəxsə 8 il həbs cəzası verilib.
Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə gəldikdə isə,
Yetkinlik Yaşına Çatmayanların Ədliyyəsi Məcəlləsinin tələbləri
nəzərə alınaraq onlara tətbiq edilən standart cəzalar azaldılıb və
nəticədə:
• Bir yetkinlik yaşına çatmayan şəxs 10 il 6 ay;
• İki yetkinlik yaşına çatmayan şəxs hər biri 9 il 4 ay;
• Bir yetkinlik yaşına çatmayan şəxs 6 il;
• Daha bir yetkinlik yaşına çatmayan şəxs isə 5 il 4 ay müddətinə
azadlıqdan məhrum edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi vaxtaşırı olaraq "neonasist" və ya
"faşist" qruplaşmalarının üzvlərinin saxlanılması barədə məlumat
yayır.
Məsələn, 2026-cı il martın 30-da 13 nəfər, o cümlədən 7 yetkinlik
yaşına çatmayan şəxs saxlanılıb.
İstintaqın məlumatına görə, onlar müxtəlif yaş qruplarına aid
şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara "xüsusi
amansızlıqla" hücum edirdilər.
Bundan əvvəl, 2026-cı il yanvarın 16-da polisin 16 nəfəri, o
cümlədən 10 yetkinlik yaşına çatmayan şəxsi saxladığı məlum
olmuşdu.
Daha əvvəl isə, 2025-ci ilin iyul ayında başqa bir qrup şəxs 15
yaşlı oğlana qarşı zorakılıq etmişdi. Həmin iş üzrə 9
təqsirləndirilən şəxsə, o cümlədən 6 yetkinlik yaşına çatmayan
şəxsə 2025-ci il dekabrın 30-da həbs cəzası verilmişdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.