Batumidə 171 min lariyə yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar.

Qurumun məlumatına görə, istintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs vətəndaşı aldadaraq Batumidə mənzil alınmasına və təmir işlərinin həyata keçirilməsinə kömək edəcəyinə inandırıb. Bu bəhanə ilə o, zərərçəkənə məxsus ümumilikdə

təxminən 171 min lari məbləğində pulu mərhələli şəkildə qanunsuz olaraq mənimsəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxsi məhkəmə qərarı əsasında saxlayıblar.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə aparılır. Həmin maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google