Tbilisidə iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları iki nəfərin sağlamlığına qəsdən ağır xəsarət yetirmək ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, əvvəllər aralarında mövcud olan münaqişə zəminində baş verən mübahisə zamanı təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək iki nəfərə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Xəsarət alan şəxslər müvafiq tibbi

yardım göstərilməsi üçün klinikaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən dərhal sonra həyata keçirdikləri istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis cinayətin törədildiyi aləti – bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Həmin maddə 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google