Gürcüstanda faktiki olaraq hər iki müəllimdən biri 50 yaşdan yuxarıdır – sektora yeni kadrların cəlb edilməsi niyə çətinləşib?
Gürcüstanda təhsil sektorunun qarşısında duran əsas problemlərdən biri müəllimlərin yaş strukturunun qocalması və yeni kadrların kifayət qədər cəlb olunmamasıdır. Bu barədə "Galt & Taggart" şirkətinin araşdırmasında qeyd olunur.

Araşdırmada bildirilir ki, 2025–2026-cı tədris ilində Gürcüstanda 66 328 müəllim fəaliyyət göstərib. Yaş bölgüsünə gəlincə, hesabat dövründə 50 yaşdan yuxarı müəllimlər ümumi müəllim heyətinin 55 faizini təşkil edib.

Müqayisə üçün qeyd olunur ki, 2015-ci ildə bu göstərici 44 faiz idi.

Daha konkret desək, araşdırmaya əsasən, 2025–2026-cı tədris ilində 50 yaşdan yuxarı müəllimlərin sayı 36 151 nəfər olub. Bu isə o deməkdir ki, ölkədə faktiki olaraq hər iki müəllimdən biri 50 yaşdan yuxarıdır.

"Galt & Taggart" araşdırmasına görə, 2025–2026-cı tədris ilində müəllimlərin yaş bölgüsü aşağıdakı kimi olub:
  • 60 yaş və yuxarı – 17 081 müəllim;
  • 51–60 yaş – 19 070 müəllim;
  • 41–50 yaş – 16 496 müəllim;
  • 31–40 yaş – 9 824 müəllim;
  • 21–30 yaş – 3 857 müəllim.
Araşdırma müəlliflərinin qiymətləndirməsinə görə, sektor üçün əsas problemlərdən biri yeni kadr çatışmazlığıdır. Bunun əsas səbəblərindən biri isə aşağı əməkhaqqı hesab olunur.

Onların izahına görə, bu vəziyyət qismən müəllimlərin sayının tələbatdan artıq olması ilə əlaqədardır.

2025-ci ilin məlumatlarına əsasən, Gürcüstanda bir müəllimə orta hesabla 9,7 şagird düşür. Bu göstərici OECD ölkələri üzrə orta göstəricidən (13,9 şagird) aşağıdır.

Tədqiqatçıların fikrincə, məhz müəllimlərin sayının çox olması və pedaqoji heyətin yaşlanmış strukturu əməkhaqlarının artırılması imkanlarını məhdudlaşdırır. Bu isə öz növbəsində müəllimlik peşəsini gənclər üçün daha az cəlbedici edir.

"Galt & Taggart" araşdırmasında qeyd olunur ki, problemin həlli məqsədilə hökumət müəllimlərin maaşlarını artırıb. Lakin bu addım təhsil sektorunun maliyyə göstəricilərinə təsir göstərərək onun rentabelliyini azaldıb.

Belə ki, 2024-cü ildə dövlət təhsil sektorunda orta aylıq əməkhaqqı 1 158 lari, özəl sektorda isə 1 614 lari təşkil edib.

Müqayisə üçün:
  • 2023-cü ildə dövlət sektorunda orta əməkhaqqı 1 009 lari, özəl sektorda isə 1 325 lari olub;
  • 2022-ci ildə dövlət sektorunda orta əməkhaqqı 905 lari, özəl sektorda isə 1 127 lari təşkil edib.
Araşdırmaya görə, maaşların artması ilə paralel olaraq təhsil sektorunun rentabelliyi də azalıb. Əgər 2023-cü ildə sektorun rentabellik göstəricisi 21,5 faiz idisə, 2024-cü ildə bu göstərici 11,7 faizə enib.

Araşdırmada qeyd olunur:

"Tarixən dövlət və özəl təhsil sektorlarında əməkhaqlarının dinamikası oxşar şəkildə inkişaf edib. Dövlət sektorunda müəllimlərin maaşlarının artması özəl sektorda da əməkhaqlarının yüksəlməsinə təsir göstərirdi. Bu tendensiya 2024-cü ildə də qorunub saxlanıldı. Belə ki, dövlət sektorunda müəllimlərin maaşlarının 1 iyul tarixindən artırılması özəl sektorda da əməkhaqlarının yüksəlməsinə səbəb oldu.

Əməkhaqlarının artması ümumi təhsil sektorunun rentabelliyinə mənfi təsir göstərdi. 2024-cü ildə əmək xərclərinin gəlirlərdə payı 68,0 faizə yüksəldi, halbuki 2017–2023-cü illərdə bu göstərici orta hesabla 61 faiz təşkil edirdi."


Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google