Hökumət Administrasiyasının məlumatına görə, Donald Tramp İrakli
Kobaxidzeyə ABŞ-ın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik
məktubuna cavab olaraq məktub ünvanlayıb.
Administrasiyanın yaydığı məlumata əsasən, məktubda deyilir:
“Cənab Baş nazir, Amerikanın Müstəqilliyinin 250 illik
yubileyi münasibətilə göndərdiyiniz təbrikə görə sizə səmimi
təşəkkürümü bildirirəm. Müstəqillik Günü xalqımızın yaranmasının,
həmçinin Amerika xalqını səciyyələndirən azadlıq, möhkəmlik və
sarsılmaz iradə ruhunun bayramıdır. Tarix boyu ölkəmizə yol
göstərən prinsiplərlə qürur duyuruq və bu ideallara hörmət bəsləyən
tərəfdaşlarımızın dostluğunu yüksək qiymətləndiririk.
Müstəqilliyimizin 250 illik yubileyini qeyd etdiyimiz bu günlərdə,
həyat, azadlıq və xoşbəxtliyə canatma kimi Amerika prinsiplərinin
qeyd olunmasına qoşulduğunuza görə sizə minnətdaram. Diqqətli və
səmimi müraciətinizi yüksək qiymətləndirirəm. Suverenliyin,
təhlükəsizliyin və uzunmüddətli rifahın dəstəklənməsi naminə birgə
fəaliyyət göstərməklə mühüm irəliləyişlərə nail ola bilərik. Daha
təhlükəsiz, firavan və sülhsevər gələcəyə birlikdə addımlamaq üçün
əməkdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə
gözləyirəm.”
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.