“Cənub magistralının inkişafına başlayırıq – bu, Marneulidən Axaltsixeyə gedən magistral yol olacaq” – Revaz Soxadze

“Cənub magistralının inkişafına başlayırıq”. Bunu Regional İnkişaf və İnfrastruktur naziri Revaz Soxadze “Rustavi 2” telekanalının efirində bildirib.


Nazirin sözlərinə görə, Baş nazirin tapşırığı ilə Marneuli ilə Axaltsixeni birləşdirəcək layihə üzrə ilk mərhələdə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müsabiqə elan ediləcək.

Verilişdə Revaz Soxadze ölkənin tranzit potensialı və hazırda aktiv mərhələdə olan infrastruktur layihələri barədə geniş danışıb.

“Son

dövrlərdə dəhlizin aktuallığının artması beynəlxalq tərəfdaşlarımızı bir daha əmin etdi ki, Gürcüstan təkcə yaxşı yolları və magistralları ilə deyil, həm də sabitliyi və proqnozlaşdırıla bilən mühiti ilə cəlbedicidir. Bu, bir daha sübut etdi ki, biz tranzit istiqamətində çox mühüm, maraqlı və ən əsası etibarlı tərəfdaşıq.

Əhalimiz üçün tranzit funksiyası bəlkə də sadəcə bir ifadə kimi səslənir, lakin bu, hər birimizin və ölkəmizin iqtisadi gücü baxımından son dərəcə vacibdir. Tranzit potensialımızdan nə qədər səmərəli istifadə etsək, bunun müsbət təsirini nəticə etibarilə hər bir ailə öz gəlirlərində hiss edəcək.

Hazırda hansı istiqamətlər üzrə işlədiyimizi qısaca sadalaya bilərəm. Qeyd etdiyim kimi, Samtredia körpüsü hissəsində işlər davam edir və bunun üçün müəyyən vaxt tələb olunacaq. Bununla belə, Tbilisidən Batumiyə qədər magistral yol artıq bu il tam istifadəyə veriləcək.
Biz Kaxeti istiqamətində də fəal işləyirik və orada da layihələr davam etdiriləcək. Tbilisi dairəvi yolunun çox mühüm layihəsinə başlanılır. Bu layihə təkcə tranzit funksiyamız üçün deyil, həm də paytaxtın nəqliyyat şəbəkəsi üçün böyük əhəmiyyət daşıyır. Çünki yol nəqliyyat axınını əhəmiyyətli dərəcədə azaldacaq və Tbilisidə avtomobil hərəkətini rahatlaşdıracaq.

Sarpi tuneli layihəsinə də start verilir. Eyni zamanda, şimal istiqamətində – Kobi–Kveşeti və Qveleti–Larsi hissələrində tikinti işləri fəal şəkildə davam edir. Bu, təkcə ölkəmizdə deyil, ümumilikdə regionun ən mürəkkəb layihələrindən biridir. Əsas mühəndislik baxımından çətin obyektlər artıq tamamlanıb, lakin uzunluğu 166 metr olan maraqlı tağlı körpünün tikintisi hələ də aktiv şəkildə davam edir.
Bundan başqa, artıq Samtredia–Zuqdidi dörd zolaqlı magistral yolunun layihələndirilməsinə başlamışıq və hesab edirəm ki, bu da çox mühüm layihə olacaq. Yaxın vaxtlarda Anakliya limanına gedən avtomobil yolunun tikintisinə də başlanacaq.

Bundan əlavə, baş nazirin tapşırığı ilə Cənub magistralının inkişafına başlayırıq. Bu, Marneulidən Axaltsixeyə gedən magistral yol olacaq. İlk mərhələdə texniki-iqtisadi əsaslandırma üzrə müsabiqə elan ediləcək ki, bunun hazırlanması, əlbəttə, müəyyən vaxt aparacaq.

Biz düşünməməliyik ki, yol infrastrukturunun tikintisi hansısa mərhələdə tam başa çatacaq. Dövlət nəqliyyat və yol şəbəkəsinin inkişafı haqqında daim düşünməli və bu istiqamətdə çalışmalıdır. Çünki bu, həm bizim, həm də istənilən ölkənin gücünün əsas dayaqlarından biridir”,
– deyə Revaz Soxadze bildirib.


 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google