Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya kansleri
Fridrix Mertsin birgə mətbuat konfransında jurnalistlər Ukraynada
davam edən müharibə ilə bağlı da suallar veriblər.
Alman jurnalist Mertsdən Bakıda alman və rusiyalı keçmiş yüksək
vəzifəli şəxslərin mümkün qeyri-rəsmi görüşü barədə yayılan
məlumatlara münasibət bildirməsini, Əliyevdən isə Vladimir Putinə
müharibənin başa çatması üçün nə tövsiyə edəcəyini soruşub.
Fridrix
Merts bildirib ki, sözügedən görüş barədə məlumatı olmayıb
və bir daha vurğulayıb ki, müharibənin başa çatması yalnız Rusiya
hakimiyyətinin qərarından asılıdır.
“Bu müharibənin başa çatması yalnız Rusiya hökumətinin
və prezidentinin iradəsindən asılıdır. Müharibə davam etdiyi
müddətdə Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı
dəstəkləməkdən başqa seçimimiz yoxdur”, – deyə
Almaniya kansleri bildirib.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti Bakıda baş
tutduğu iddia edilən gizli görüş barədə yalnız mediadan xəbər
tutub.
“Biz bu barədə The Times qəzetindən öyrəndik. Məlumatı
yoxladıq və məlum oldu ki, məqalədə adı çəkilən şəxslər həmin
dövrdə həqiqətən də Bakıda olublar. Almaniyadan Ronald Pofalla və
Matias Platsek, Rusiyadan isə Viktor Zubkov və Valeri Fadeyev
gəliblər. Həm Almaniya, həm də Rusiya tərəfindən bu görüş barədə
bizə heç bir məlumat verilməyib. Deməli, ərazimiz bizim xəbərimiz
olmadan istifadə olunub. Görüşün baş tutduğunu təsdiq edə bilmərəm,
lakin uçuş məlumatları belə bir gizli görüşün keçirildiyini ehtimal
etməyə əsas verir. Əgər bu görüş Rusiya–Ukrayna müharibəsinin başa
çatmasına gətirib çıxaracaqsa, biz bunu yalnız alqışlaya
bilərik”, – deyə Əliyev bildirib.
Bu məlumatı ilk dəfə Almaniyanın Die Zeit nəşri və ARD
telekanalının araşdırma proqramı Kontraste yayıb.
Die Zeit-ın araşdırmasına görə, Almaniyanın keçmiş yüksək vəzifəli
şəxsləri – Angela Merkelin keçmiş kansler aparatının rəhbəri Ronald
Pofalla və Matias Platsek Bakıda gizli şəkildə Kremlə yaxın
rusiyalı nümayəndələrlə, o cümlədən Qazpromun Müşahidə Şurasının
sədri, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov və Valeri
Fadeyevlə görüşüblər.
Nəşrin məlumatına görə, bu cür görüşlər 2024-cü ildən etibarən bir
neçə dəfə Bakıda və Əbu-Dabidə keçirilib.
Almaniyanın təhlükəsizlik xidmətləri bu görüşləri Almaniyanın
siyasətinə təsir göstərmək məqsədi daşıyan Rusiya təsir əməliyyatı
kimi qiymətləndirirlər.
Die Zeit-ın məlumatına görə, Rusiya tərəfi alman iştirakçılara belə
bir mesaj çatdırmağa çalışıb: Ukraynada müharibə yalnız Rusiyanın
şərtləri əsasında başa çata bilər və müharibədən sonra
Almaniya–Rusiya münasibətlərinin normallaşdırılması məsələsi
müzakirə edilməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.