Ağ Evin Çin mallarına tətbiq edilən ABŞ tariflərindən yayınma ilə
bağlı yeni hesabatında Gürcüstanın adının
hallanmasına Tbilisi konkret faktların təqdim olunması tələbi ilə
cavab verib.
"Gürcü Arzusu" hökumətinin başçısı İrakli Kobaxidze avqustun 18-də
Hökumət Administrasiyasında keçirilən brifinqdə jurnalistlərin
sualını cavablandırarkən bildirib:
"Orada hər hansı konkret fakt varmı? Mən hər hansı konkret
faktın olduğuna inanmıram... Biz adətən faktlar tələb edirik, lakin
sonradan bizə fakt təqdim edə bilmirlər".
"Heç bir sxemin olmaması üçün hər şeyi edirik"
Jurnalistin "Ağ Ev bunu faktlara əsaslanaraq yazardı" replitikasına
cavab olaraq Kobaxidze deyib:
"Yazardı? Niyə? Müxtəlif tərəflər tez-tez faktlara əsaslanmadan çox
şey yazıblar. Bu baxımdan belə nəticələr çıxarmayın. Bəzən faktlara
əsaslanaraq bir şey yaza bilərlər, bəzən də faktlara əsaslanmadan
yaza bilərlər... Ağ Evə kimsə qəsdən yanlış məlumat verə
bilər".
O, analoji məlumatlar dərc olunarkən faktlar tələb etmələrinin
"standart vəziyyət" olduğunu və "sonradan fakt təqdim edə
bilmədiklərini" bir daha təkrar edib.
"Biz ölkədə heç bir sxemin mövcud olmaması üçün hər şeyi
edirik. İstənilən məsələ ilə bağlı bizə fakt təqdim etsinlər,
reaksiya da verəcəyik", – deyə o bildirib.
Ağ Ev tərəfindən avqustun 13-də dərc olunmuş "Böyük tranzit
dələduzluğu" başlıqlı hesabatda Çinə tətbiq edilən ABŞ
tariflərindən "yayınma" məsələsindən bəhs edilir və 40-a yaxın ölkə
arasında Gürcüstanın da adı tariflərdən yayınma marşrutu kimi
çəkilir.
ABŞ Prezidenti administrasiyasının məlumatına görə, ABŞ-də yüksək
tariflərə məruz qalan Çin malları əvvəlcə digər ölkələrə satılır,
daha sonra məhsulların mənşəyi dəyişdirilir və bundan sonra mallar
ABŞ-yə daha ucuz qiymətə daxil olur. Gürcüstan da məhz bu "üçüncü
ölkələr" siyahısına düşüb.
Eyni siyahının "iri" kateqoriyasında Avropa İttifaqı, Kanada və
İsrail yer alır. Tam siyahıda Gürcüstanla yanaşı "Orta Dəhliz"
marşrutunun digər dövlətləri – Qazaxıstan, Özbəkistan və
Azərbaycan, həmçinin Türkiyə də var.
2025-ci ilin məlumatlarına görə, Gürcüstana Çindən 1.98 milyard
dollar dəyərində məhsul idxal edilib, Gürcüstandan ABŞ-yə isə bunun
yalnız 6%-i, yəni 120 milyon dollar dəyərində mal ixrac olunub.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415