"Gürcü Arzusu"nun keçmiş lideri və keçmiş Baş naziri, hazırda
korrupsiya ittihamı ilə həbsdə olan İrakli Qaribaşvili məktub
yayıb.
Bu dəfə o, keçmiş komanda yoldaşı Mamuka Mdinaradze haqqında
danışaraq bildirir ki, Mdinaradze ona yeni cinayətin etiraf
edilməsi ilə bağlı məktub göndərib.
Qaribaşvilinin "həqiqəti"
İrakli Qaribaşvili bəyan edir ki, komandası və əziz insanları ilə
"qarşıdurmanın" qarşısını almaq üçün
"əlindən gələni edib". O,
korrupsiya ilə bağlı ona irəli sürülmüş ittihamı etiraf etməsini və
nəticədə prosessual razılaşma ilə 5 illik həbs cəzası almasını məhz
bununla izah edib:
"Məhz bu məqsədlə mən hüquqi mübarizədən imtina etdim və dövlətin,
eləcə də komandanın maraqlarına zərər vurmamaq üçün mənim üçün
sarsıdıcı olan bu prosesi sonadək qəbul etdim".
Qaribaşvili 2026-cı il yanvarın 12-dən etibarən 5 illik həbs
cəzasını çəkir – o, qanunsuz gəlirlərin leqallaşdırılmasında
(çirkli pulların yuyulmasında) təqsirli bilinib və onunla
prosessual razılaşma bağlanıb: həbs cəzasından əlavə, ona 1 milyon
lari cərimə, iki avtomobilin müsadirəsi və 6.5 milyon ABŞ dolları
məbləğində vəsaitin müsadirə olunması cəzası kəsilib.
"Sınaq"
Keçmiş Baş nazir bildirir ki, bunun müqabilində "qurulmuş çirkli
təxribat" alıb: "İctimaiyyət bütün bu müddət ərzində məndən bir
kəlmə də olsun eşitməyib. Mən bu sınağı tam təmkinlə qəbul
etdim".
Məktub
"Gürcü Arzusu"nun keçmiş lideri və sədri dünən, avqustun 17-də dərc
etdiyi məktubda bildirirdi ki, "Bidzina İvanişvilinin tapşırığı
ilə" ona bir məktub göndərilib və ona məlum olmayan korrupsiya
cinayətini "etiraf etmək" təklif olunub. Bu gün isə o, həmin
məktubu göndərən şəxs kimi keçmiş komanda yoldaşının adını
çəkib:
"Mənim üçün gözlənilmədən, iyul ayında dünən yaydığım məktubu
aldım. Həmin məktubu mənə Mamuka Mdinaradze göndərmişdi".
Siyasətə gəlməyin 1%-lik riski
Qaribaşvilinin sözlərinə görə, o, Mdinaradzeyə cavab olaraq
siyasətə qayıtmaq niyyətində olmadığını bildirib və "sözügedən
'riskin' sığortalanması məqsədilə öz baxışımı təklif etdim":
"Onlar cavab olaraq bildirdilər ki, mənim siyasətə qayıtmağımın
hələ də 1%-lik riski qalır və buna görə də mənə korrupsiya
ittihamının irəli sürülməsi və mənim bunu etiraf etməyim mütləq
idi".
"Qırmızı xətt"
Həbsdə olan keçmiş Baş nazir bildirir ki, yeni korrupsiya
ittihamını etiraf etmək tələbi onun üçün "qırmızı xətt" olub:
"...Bu da məni həyatımdakı en çətin addımı atmağa məcbur etdi.
Müvafiq olaraq, başqa çıxış yolum qalmadığı üçün məni mübarizəyə
başlamağa məcbur edirlər...".
Avqustun 17-də dərc olunmuş məktubun əsas
mesajları
Keçmiş Baş nazir, hazırda həbsdə olan İrakli Qaribaşvili
"Facebook"da yazıb ki, "bu gündən etibarən onun və ailəsinin
təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvili və bütün
hakimiyyətin üzərinə düşür".
Qaribaşvili iddia edir ki, "Gürcü Arzusu"nun fəxri sədri Bidzina
İvanişvilinin tapşırığı ilə ona məktub göndərilib və mənşəyi məlum
olmayan korrupsiya işi üzrə etirafedici ifadə vermək təklif
olunub.
"Azadlığa çıxdıqdan sonra siyasətə yaxınlaşmamalısan", –
Qaribaşvilinin bəyanatına əlavə edilmiş məktubun fotosunda yazılıb.
Məktubda qeyd olunanlara əsasən, etiraf edəcəyi təqdirdə ona
kəsilmiş 5 illik həbs müddəti artırılmayacaq.
Qaribaşvili təklif olunan şərti onun və ailəsinin "məhv edilməsi
üzrə çirkli plan" kimi qiymətləndirir və ictimaiyyətə söz verib ki,
bugün, avqustun 18-də insanlara "həqiqəti" təqdim edəcək.
İrakli Kobaxidzenin cavabı
İrakli Qaribaşvilini Baş nazir vəzifəsində əvəz edən İrakli
Kobaxidze avqustun 17-də dərc olunan məktubla bağlı deyib: "Mən bu
bəyanatı gördüm, söhbətin nədən gitdiyini bilmirəm. Bildiyim bir
şey var ki, konkret hökm çıxarılıb, qalanı isə tamamilə
hüquq-mühafizə orqanlarının işidir".
İrakli Kobaxidze İrakli Qaribaşvilinin hansı məktubdan bəhs
etdiyini bilmədiyini bildirib. O, həmçinin qeyd edib ki, keçmiş Baş
nazir tərəfindən yayılan məktubla bağlı Bidzina İvanişvili ilə
danışmayıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415