Bakı Rusiyanın səfirini XİN-ə çağırıb, üç rusiyalı ekspert haqqında axtarış elan edib
2026-cı ilin avqust ayının ortalarında Azərbaycan ilə Rusiya Federasiyası arasında diplomatik gərginliyin növbəti raundu başlayıb.

Bakı avqustun 17-də "anti-Azərbaycan bəyanatları" səbəbindən Rusiya dövlət mediasında çalışan üç şəxs haqqında axtarış elan edib. Həmin gün Moskva tərəfindən Azərbaycan diasporunun rəhbəri ölkədən çıxarılıb.

Rusiyanın səfiri XİN-ə çağırılıb

Sonradan, avqustun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Mixail Yevdokimovun nazirliyə

çağırıldığını və onunla görüşdə "ciddi etiraz" bildirildiyini bəyan edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, rusiyalı diplomata Rusiyanın informasiya məkanında "Azərbaycan Respublikası, onun xalqı və ölkə rəhbərliyinə qarşı verilən təxribat xarakterli, təhqiramiz və hədələyici bəyanatlar"la bağlı "ciddi narahatlıq" ifadə olunub.

"Vurğulanıb ki, Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə olunması, onun xalqına və rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışlar qəbulolunmazdır", – bəyanatda deyilir.

Bakının narazılığına nə səbəb olub?

"Xüsusilə, ölkəmizə və ölkə rəhbərliyinə qarşı 2026-cı il avqustun 13-də "Çistota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə verilən bəyanatlara diqqət yönəldilib",
– deyə XİN yazır. Bu layihəyə haqqında ötən gün axtarış elan edilmiş Semyon Uralov rəhbərlik edir.

"Bundan əlavə, Rusiya tərəfinə avqustun 7-də 'Radio Sputnik'də yayımlanan veriliş xatırladılıb. Həmin verilişdə Azərbaycan rəhbərliyinin 'Rusiyanın terroristləri və ekstremistləri siyahısına' daxil edilməsi ilə bağlı absurd bəyanatlar verilib... Həmçinin avqustun 16-da 'Spas TV' kanalında Azərbaycan rəhbərliyinə qarşı növbəti dəfə səsləndirilən təxribatçı bəyanatlar diqqətə çatdırılıb", – Azərbaycan XİN-dən bildirilib.

"Qeyd olunub ki, Azərbaycan tərəfinin yuxarıda qeyd olunan fəaliyyətə qarşı dəfələrlə etdiyi çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə olunmasına baxmayaraq, analoji ritorikanın daha kəskin formada davam etdirilməsi ciddi narahatlıq doğurur", – Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir.

Bakı kimlər haqqında axtarış elan edib?

Ötən gün, avqustun 17-də Azərbaycan Baş Prokurorluğu üç rusiyalı dövlət eksperti və jurnalisti barəsində beynəlxalq axtarış elan etdiyini bildirib.

Həmin Rusiya vətəndaşları bunlardır:

"Moskva 24" telekanalının jurnalisti və aparıcısı İvan Knyazev;

Siyasi konsultant və media eksperti Semyon Uralov;

Rusiya Nəqliyyat nazirinin müşaviri, telejurnalist kimi çalışan Aleksey Çadayev.

Prokurorluğun bildirdiyinə görə, 2026-cı il iyulun 14-də Semyon Uralovun "YouTube" kanalındakı "Çistota ponimaniya" verilişində "Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli ədavət və düşmənçiliyin qızışdırılmasına çağırışlar səslənib".

Avqustun 17-də isə Rusiyadan Azərbaycana Moskvada fəaliyyət göstərən "Azərbaycan Milli-Mədəni Muxtariyyəti"nin sədri Bəxtiyar Həsənov çıxarılıb.

Bakı–Moskva münasibətləri

Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü ilin sonunda – Rusiya səmasında zenit atəşi ilə vurulan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasından sonra gərginləşib.

Oktyabrın əvvəlində Düşənbədə Rusiya və Azərbaycan prezidentləri arasında görüş keçirilib.

Danışıqlar zamanı Putin Azərbaycan sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf edib və kompensasiya ödəniləcəyinə söz verib. Rusiya Prezidenti üzr istəyib.

2025-ci il oktyabrın 24-də Putin və Əliyev telefonla danışıblar; Tərəflərin növbəti dövrdə verdiyi bəyanatlara əsasən, narazılıqlar aradan qaldırılıb.

2026-cı ilin yayında Moskvanın tənqidinə Bakının Ukrayna müharibəsi ilə bağlı mövqeyi səbəb olub.

İyulun 13-də Qarabağdan Əliyev növbəti dəfə Ukraynaya dəstəyini bəyan edərək deyib: "Heç vaxt işğalla barışmayın. Ukrayna məhz bunu edir... Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik".

Avqustun 6-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Ukraynanın paytaxtı Kiyevə səfər edib və ukraynalı liderlərlə, o cümlədən Prezident Volodimir Zelenski ilə görüşlər keçirib.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print ელ. ფოსტა
თეგები: Azərbaycan Rusiya
FaceBook Twitter Google