BMT-dən xəbərdarlıq: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər
BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk sentyabrın 7-də xəbərdarlıq edib ki, süni intellekt bəşəriyyət üçün təhlükə yaradacaq qədər güclənə bilər. O, yaxın günlərdə şirkətləri bu riskləri azaltmağa çağıracağını bildirib.


"Bu sənayenin ekspertlərinin qabaqcıl süni intellektin bəşəriyyətin mövcudluğuna risk yarada biləcəyi ilə bağlı narahatlığını bölüşürəm", – Türk Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasındakı geniş çıxışında deyib. Gələn

aydan onun ikinci səlahiyyət müddəti başlayır.

"Bu gün buradan çağırış edirəm: çox gec olmadan süni intellektin təhlükəsizliyinə dair möhkəm zəmanətlərin yaradılması üçün bütün qüvvələr səfərbər olunmalıdır", – o əlavə edib.

Türk ad çəkmədən xəbərdarlıq edib ki, kiçik bir qrup insan süni intellekt texnologiyaları üzərində, demək olar, qeyri-məhdud hakimiyyətə malikdir.

"Ən azından, süni intellekt sistemlərinin yerləşdiyi və onların təchizat zəncirlərində yer alan ölkələr razılaşdırılmış qırmızı xətlər üzrə ortaq məxrəcə gəlməlidirlər", – o bildirib.

Süni intellekt sahəsində aparıcı şirkətlər "Meta", "Antropik", "OpenAI" və "Google"dur.

Bundan əvvəl süni intellekt sahəsinin rəhbər şəxsləri, o cümlədən “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman bu texnologiyanın bəşəriyyətin məhvinə yol aça biləcəyi barədə xəbərdarlıq etmişdilər.

BMT riskləri azaltmaq üçün vahid qaydaların hazırlanmasına çağırıb. İyulda süni intellektin idarə edilməsinə həsr olunmuş ilk qlobal toplantı keçirilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google