2030-cu ilə qədər Tbilisinin tramvay xətti olmalıdır – müqavilə bağlandı
7 sentyabr 2026-cı il tarixində Tbilisi meriyası tenderdə qalib gələn Türkiyə şirkətlər qrupu "EYE" ilə Tbilisidə tramvay xəttinin layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalayıb.
  • Tender ilk dəfə 2025-ci ildə elan edilsə də, baş tutmamışdı; 13 fevral 2026-cı ildə isə təkrar elan olundu. Təkliflərin qəbulu martın 31-də yekunlaşdı.
  • Tbilisi meriyası üç özəl Türkiyə və bir dövlət

    Çin şirkəti arasında seçimini iyul ayında Türkiyə şirkətinin faydasına etdi.
  • Tenderdə "EmreRay Enerji İnşaat Sanayi ve Ticaret Anonim Şirketi" qalib gəlib. Şirkət 287 654 321 lariyə Didi Diğomidən "Didube" metro stansiyasınadək olan xətti layihələndirməli və çəkməlidir.

Üç mərhələ və 3-4 il

"İdeyadan və vəddən konkret işə keçirik", – deyə Kaladze sentyabrın 7-də bildirib.
"Biz Tbilisiyə gələcəyin nəqliyyat sistemini yaratmaq üçün tramvayı geri qaytarırıq", – deyə o bəyan edib.
O, layihənin üç əsas mərhələdən ibarət olduğunu bildirib:

  1. Konseptual layihənin hazırlanması;
  2. Detallı layihələndirmə;
  3. Tikinti işləri.

"Hər üç mərhələnin ümumi müddəti 36 aydır", – deyə Kaxa Kaladze sentyabrın 7-də bildirib. 36 aylıq müddət 7 sentyabr 2029-cu ildə başa çatır.

"Bütün müvafiq prosedurları nəzərə alaraq, layihənin növbəti 4 il ərzində başa çatdırılması planlaşdırılır", – deyə paytaxt meri qeyd edib.



Tramvay haradan keçəcək?

7,5 kilometrlik bu tramvay xətti Didi Diğomini Didube ilə birləşdirməlidir.

  • Xətt Didi Diğominin 3-cü və 4-cü mikrorayonlarının qovuşduğu ərazinin yaxınlığından başlayacaq;
  • David Ağmaşenebeli xiyabanından keçəcək;
  • Diğomi massivindən keçəcək;
  • "Didube" metro stansiyasının ətraf ərazisinə birləşəcək.

7,5 km-lik xətt boyunca 11 dayanacaq təşkil olunmalıdır.

Kaladze vətəndaşlara narahatlıqla bağlı xəbərdarlıq edir

Kaxa Kaladze bildirib ki, "bir tramvay xətti Tbilisinin bütün nəqliyyat problemlərini həll edə bilməz, lakin böyük dəyişikliklər həmişə ilk addımla başlayır".

"Qarşıda bizi çətin iş prosesi gözləyir. Bu miqyasda bir layihə mütləq diskomfortla müşayiət olunur, buna görə də bu gündən tbilisi sakinlərinə demək istəyirəm ki, hər bir mərhələdə hərəkət dəyişiklikləri və işlər haqqında sizə məlumat verəcəyik", – deyə o bildirib.

"Lakin şəhər gələcəyini qurarkən, bəzən müvəqqəti narahatlıqlara dözməli oluruq. Əsas olan proses başa çatdıqdan sonra nəyin qalacağıdır", – deyə mer əlavə edib.

Podratçı kimdir

Tenderdə Türkiyədə qeydiyyatdan keçmiş və üç subyekti birləşdirən "Birgə Müəssisə" qalib gəlib. Bunlar "Emre Ray", "Yüksel" və "Erk" şirkətləridir.

  • 7 sentyabrda bağlanan müqaviləni aşağıdakı şəxslər imzalayıblar:
  • Tbilisi Nəqliyyat Şirkətinin baş direktoru Qiorqi Şarkov;
  • Podratçı "EYE" qrupunun nümayəndəsi Halit Emre Yılmaz.

"EmreRay Enerji" orta ölçülü özəl Türkiyə şirkətidir. Rəsmi saytına əsasən, fəaliyyət sahələrinə dəmir yolu və tramvay infrastrukturu, telekommunikasiya və kabel şəbəkələri, tikinti və infrastruktur işləri və s. daxildir.

Saytdakı məlumata görə, həyata keçirilən layihələr arasında Türkiyədə bir çox dəmir yolu layihələri, o cümlədən sürət qatarı xətləri, həmçinin su elektrik stansiyaları (məsələn, Ərzurumdakı 7,3 meqavatlıq SES) var.

Merin vədi

Tbilisiyə tramvayın qaytarılması hazırkı paytaxt meri Kaxa Kaladzenin vədidir. O, bu barədə özünüidarəetmə seçkilərinə 1,5 ay qalmış danışmışdı.

Tramvayın qaytarılması planlarından əvvəl isə artiq üçüncü müddətdir paytaxt meri olan Kaxa Kaladze Samqorini Lilo qəsəbəsi və hava limanı ilə birləşdirməli olan yerüstü metro haqqında danışırdı.

2018-ci ilə aid bu vəd hələ də yerinə yetirilməyib.

Bununla yanaşı, digər vədlər də var idi:

"Axmeteli Teatrı" və "Marjanişvili" metro stansiyalarında ikinci çıxışların təşkili – bu vəd də yerinə yetirilmədi.

Tbilisi meriyasına artıq 200 ədəd 18 metrlik avtobus təhvil verilib, lakin bu nəqliyyatın xəttə çıxması üçün lazım olan avtobaza tikintisi hələ yekunlaşmayıb – son müddət bir neçə dəfə təxirə salınıb.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google