Marneulidə xəsarət alan uşaq vəziyyətinin ağırlığına görə Tbilisiyə köçürülür - DİN istintaqa başlayıb
Marneulidə, Rustaveli küçəsində yerləşən yaşayış binalarından birində bədbəxt hadisə baş verib. Məlumata görə, azyaşlı uşaq binanın blokundakı konstrukasiyadan yıxılaraq xəsarət alıb.

Hadisə nəticəsində yaralanan uşaq xəstəxanaya yerləşdirilib. Mövcud məlumata əsasən, onun səhhəti ağırdır.
Daxili İşlər Nazirliyindən “Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi

ilə araşdırma başlanılıb.


Xəsarət alan uşaq əvvəlcə "Aversi" klinikasına aparılsa da, vəziyyətinin ağırlığı nəzərə alınaraq, hazırkı məlumata görə (saat 17:44-ə olan), o, Tbilisiyə köçürülür. Həmçinin, ilkin olaraq uşağın yaşayış binasının üçüncü mərtəbəsindən yıxıldığı barədə məlumat yayılmışdı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google