Ötən ilin sentyabrında buludlu bir gündə Belarusda siyasi
məhbusları daşıyan avtobus Litva sərhədinə yaxınlaşırdı.
Ölkəni 1994-cü ildən sərt üsullarla idarə edən Aleksandr Lukaşenko
ABŞ sanksiyalarının yumşaldılması qarşılığında bir qrup məhbusu
azad etməyə razılıq vermişdi. Ancaq onların hamısının ölkəni tərk
etməsini şərt qoymuşdu.
Lukaşenko 2020-ci il prezident seçkisinin qalibi elan olunanda
kütləvi etirazlar zorakılıqla yatırılmışdı. Bir çox Belarus
vətəndaşı həmin seçkinin saxtalaşdırıldığını bildirir.
Həmin gün azad edilənlərdən biri – Nikolay Statkeviç isə avtobusdan
enib. Həmin avtobusda olan məhbuslardan Yevgeni Afnaqel
AzadlıqRadiosunun Belarus xidmətinin yeni podkastına bu barədə
danışıb.
İndiyədək ABŞ prezidentinin xüsusi elçisi Con Koulun Belarus
hakimiyyəti ilə danışıqları nəticəsində 500-ə yaxın məhbus azadlığa
çıxıb. Podkastda əvvəllər açıqlanmamış məlumatlar yer alıb.
Koul daha bir qrup məhbusun azad edilməsinə nail olmaq üçün yenə
Minskdədir.
Statkeviç sərhəd zonasında oturub gözlədi
Ötən ilin həmin buludlu günündə isə ABŞ diplomatı 52 nəfərin
azadlığa buraxılmasına nail olmuşdu, sərhədi isə onların 51-i
keçib.
Bir qədər sonra CCTV görüntülərində Statkeviçin iki ölkə arasındakı
sərhəd zonasında oturduğu görünür. Yaxınlıqda Litva sərhəd-keçid
məntəqəsi, onun üzərindəki Avropa İttifaqının emblemi yerləşir.
Həmin vaxt 69 yaşı olan Statkeviç onilliklər ərzində Lukaşenkoya
qarşı mübarizə aparıb və dəfələrlə həbs edilib. Onun aldığı sonuncu
cəza isə icazəsiz aksiyalarda iştirak və müxtəlif siyasi ittihamlar
əsasında verilən 14 illik həbs hökmü olub.
Statkeviçlə eyni avtobusda olan keçmiş siyasi məhbus Sergey Sparış
danışır ki, həmin gün Belarus Dövlət Təhlükəsizlik Komitəsinin
təcridxanasında Statkeviçin ölkəni tərk etməyəcəyini anlayıb:
"Üzündəki ifadəni gördüm. Bu, döyüşə atılan qəzəbli insanın,
qətiyyətli adamın baxışı idi. Üzündə qəribə bir təbəssüm vardı və
şux addımlarla yeriyirdi".
Yaxın dostları Statkeviçi niyyətindən daşındırmağa çalışsalar da,
o, fikrini dəyişməyib.
Belarus müxalifətçisi Yevgeni Vilski də onu razı salmağa çalışıb.
Dediyinə görə, amerikalı diplomatlar, Statkeviçin xanımı da ondan
digərlərinə qoşulmasını istəyiblər:
"Nikolay Viktoroviç
mənə dedi ki, təəssüflənir, amma Belarusda qalmağa qərar verib,
harada yaşamalı olduğunu ona Lukaşenko
deməyəcək".
"Daxili əzm"
Jurnalist Oksana Kolb da Statkeviçlə telefon söhbətində onu ölkədən
getməyə razı salmağa çalışıb:
"Sonda sadəcə belə dedi:
"Qoy bu havanı ciyərlərimə çəkim, göy üzünə, hər şeyə doyunca
baxım. Mənə təzyiq etməyin, məni şantaj
etməyin"".
Bundan sonra maskalı təhlükəsizlik əməkdaşları Statkeviçi yenidən
Belarusa aparıblar.
"Onun bu davranışı ağır yükü çiyinlərində daşımağa
imkan verən nəhəng bir daxili iradənin
göstəricisidir", – belaruslu Nobel Sülh Mükafatı
laureatı Ales Belyatski bildirib.
Statkeviç azad edildiyi həbsxanaya – ölkənin şərqində yerləşən
Qlubokoye həbsxanasına göndərilib. Bir həftə sonra xanımı Marina
Adamoviç onu axtarmaq üçün ora getsə də, ona heç nə deyilmədi.
Adamoviçin həbsxanaya getdiyi gün – sentyabrın 17-də Lukaşenko
Statkeviçin yenidən həbs olunduğunu təsdiqləyib, amma harada
saxlanıldığını açıqlamayıb. Marina onun yerini bir neçə ay sonra
öyrənə bilib.
"Mənəvi lider"
Statkeviç bu ilin fevralında, insult keçirəndən bir ay sonra
azadlığa buraxılıb. O, əlil arabasında olub, çətinliklə
danışıb.
Hazırda Minskdəki evində olan Statkeviç Telegram-kanal yaradıb. O,
Rusiyanın Ukraynaya qarşı müharibəsi, nüvə təhdidləri barədə yazır.
Martda Statkeviç Avropa ölkələrini mühacirətdə yaşayan gənc
belaruslulardan ibarət könüllü ordunu maliyyələşdirməyə çağırıb.
Onun fikrincə, bu ordu Ukraynanı Rusiyanın 2022-ci ildəki kimi
Belarus ərazisindən başlada biləcəyi hücumdan qorumalıdır.
Hakimiyyət bu çağırışa görə Statkeviçi istənilən vaxt yenidən həbs
edə bilər.
Yüzlərlə məhbusun azad edilməsinə baxmayaraq, Lukaşenko rejiminin
repressiv mahiyyəti dəyişməyib. Mühacirətdə fəaliyyət göstərən
Belarusun "Vyasna" insan haqları təşkilatının son hesabatında
ölkədə 880 siyasi məhbusun qaldığı, onların işgəncə, digər qəddar,
qeyri-insani və alçaldıcı rəftarla üzləşdiyi vurğulanır. Onlardan
azı 60-nın səhhətində ciddi problemlərin olduğu bildirilir.
Bu insanlar rejim üçün Vaşinqtonla sanksiyaların yumşaldılmasına
dair danışıqlarda alver predmetidir.
"Baş verənlər girovları saxlayan terrorçularla aparılan
danışıqlara bənzəyir. Əslində, siyasi məhbuslarımız da oxşar
vəziyyətdədir", – Belyatski AzadlıqRadiosuna
bildirib.
Statkeviç itaətsizliyi ilə Lukaşenkonun strategiyasına meydan
oxuyub.
"O, ölkədə qalmaq üçün hər şeyə hazır olduğunu çox
yaxşı dərk edirdi. Çünki kimsə Belarusda mənəvi lider, etirazların
rəhbəri və milli lider olaraq qalmalı idi. O, yalnız Belarusda
varlığı ilə – hətta QULAQ barmaqlıqları arxasında olsa belə –
mübarizə bayrağını uca tutmağı bacarırdı", – Sparış
əlavə edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.