İranla müharibə nəticəsində Birləşmiş Ştatlar sursat çatışmazlığı
ilə üzləşib.
Bunu Pentaqonun baş müfəttişi münaqişənin indiyədək ən əhatəli
xərclər hesabatında bildirir: "Əməliyyat zamanı sursat sərfi
strateji ehtiyatlarda çatışmazlıq yaradıb və hərbi sənaye bazasının
bu ehtiyatları bərpa etmək imkanlarının məhdud olduğunu üzə
çıxarıb".
Sentyabrın 14-də ABŞ Konqresinə təqdim olunan sənəd ilk belə icbari
hesabatdır. Baş müfəttiş bildirib ki, fevralın
28-dən iyunun 30-dək
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları 33.4 milyard dollara başa
gəlib. Bu məbləğin 22.3 milyard dolları yalnız sursata
xərclənib.
Pentaqon sursat çatışmazlığı ilə bağlı xəbərləri dəfələrlə təkzib
edib, ABŞ ordusunun istənilən münaqişədə döyüşməyə bütün silahları
olduğunu bildirib.
Prezident Donald Tramp sentyabrın 14-də "Truth Social"
platformasında yazıb ki,
"Birləşmiş Ştatlar hazırda öz
tarixinin heç bir dövründə olmadığı qədər yüksəktexnoloji və elit
silahlar istehsal edir".
"Bu silahlar hər gün Yaxın Şərqdə və digər bölgələrdəki
qüvvələrimizə çatdırılır", – o əlavə edib.
Baş müfəttişin hesabatına əsasən, "münaqişə dövründə İranın
endirdiyi zərbələr ABŞ-nin Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb
Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyadakı
bazalarında yüzlərlə bina və qurğunu sıradan çıxarıb və ya tamamilə
dağıdıb".
"Bundan əlavə, "Epik Qəzəb" əməliyyatı zamanı Birləşmiş
Ştatlara məxsus onlarla təyyarə məhv edilib və ya
zədələnib", – sənəddə vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.