Seçkilərin ilkin nəticələrinə görə, "Vahid Rusiya" partiyası
doqquzuncu çağırış Dövlət Dumasındakı 450 yerdən təxminən 355-ni
qazanacaq.
"Radio Svoboda" yazır ki, partiyanın yekun nəticəsi 348-356 mandat
arasında dəyişə bilər. Bu, "Vahid Rusiya"nın tarixində ən böyük
fraksiya olacaq. Əvvəlki rekord 2016-cı ildə qeydə alınmışdı: o
zaman partiya 343 yer qazanmışdı.
Parlamentdə konstitusion çoxluq üçün 301 mandat tələb olunur.
Federal partiya siyahıları üzrə protokolların 95.18 faizi emal
edilib və "Vahid Rusiya"nın səslərin 57.83 faizini topladığı
açıqlanıb. Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) 13.81
faiz, Rusiya Liberal Demokrat Partiyası (RLDP) 8.98 faiz, "Yeni
insanlar" isə 7.96 faiz səs qazanır. Bu dörd partiya 5 faizlik
seçki baryerini aşır. 4.96 faiz səs toplayan "Ədalətli Rusiya" isə
hələlik bu həddi keçə bilmir. MSK sədri Ella Pamfilovanın sözlərinə
görə, partiyanın Dövlət Dumasına düşmək şansı yüksəkdir.
"Vahid Rusiya"nın Dumadakı yerlərinin böyük hissəsi həm də
birmandatlı dairələrdəki nəticələr hesabına təmin olunur.
Partiyanın namizədləri 225 dairənin 209-da liderdir. RFKP beş,
"Ədalətli Rusiya" və müstəqil namizədlərin hər biri dörd, RLDP iki,
"Rodina" isə bir mandat qazanır.
Rusiya ATƏT müşahidəçilərini də seçkilərə dəvət etməyib. ATƏT
Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampyetro
müstəqil beynəlxalq müşahidənin aparılmamasını Rusiyanın öz
öhdəliklərini pozması kimi qiymətləndirib.
"Seçkilər 2026 – birlikdə müşahidə edirik!" platforması sentyabrın
20-si axşam saatlarınadək seçki komissiyalarına 900-dən çox şikayət
daxil olduğunu bildirib. Onların üçdə biri müşahidəçilərin
hüquqları ilə bağlı olub. Rusiya Baş Prokurorluğu və Daxili İşlər
Nazirliyi isə seçkilərin gedişatına təsir göstərə biləcək ciddi
pozuntuların qeydə alınmadığını açıqlayıb.
+++
Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək, üç gün
ərzində keçirilib. Eyni zamanda, bir sıra sərhədyanı vilayətlərə
səsverməni daha erkən tarixlərdə təşkil etməyə icazə verilib. Həmin
günlərdə bir çox regionda yerli hakimiyyət orqanlarına da seçkilər
baş tutub. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə,
seçkilərdə ilkin fəallıq 56.66 faiz təşkil edib.
"Yabloko" seçkiyə buraxılmayıb
Bu, Moskva 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala
başlayandan Dövlət Dumasına ilk seçkilər idi. Seçicilər Ukraynada
müharibənin dayandırılmasını və siyasi məhbusların azadlığa
buraxılmasını açıq şəkildə tələb edən yeganə partiyaya –
"Yabloko"ya səs verə bilməyiblər. Ali Məhkəmə "müəllif hüquqlarının
pozulması" və "xaricdən maliyyə alınması" ittihamları əsasında
"Yabloko"nun seçkilərdə qeydiyyatını ləğv edib. Partiya bu
ittihamları əsassız, özünə qarşı təqibləri siyasi hesab edir.
Məhkəmələr "Yabloko"nun birmandatlı dairələr üzrə namizədlərinin
təxminən üçdə birini seçkilərdən kənarlaşdırıb. Onlar əsasən
"ekstremist simvolların nümayiş etdirilməsi" inzibati maddəsi ilə
təqibə məruz qalıblar. Məsələn, Aleksey Navalnının adının keçdiyi
məqalənin təkrar paylaşılması və ya "Motörhead" rok qrupunun
solisti Lemminin boynunda Prussiya xaçı ilə olan fotosunun illər
öncə sosial şəbəkədə yerləşdirilməsi belə "ekstremist simvolların
nümayişi" kimi qiymətləndirilib.
Seçkilərdə saxlanmalar və pozuntularla bağlı xəbərlər gəlib.
Sentyabrın 20-də günorta saatlarında Moskvadakı bir neçə məntəqədə
texniki nasazlıq bəhanəsi ilə seçicilərə kağız bülletenlərin
verilməsi dayandırılıb. Onlara gözləmək və ya elektron qaydada səs
vermək təklif olunub.
Bir çox regiondan əsasən "Yabloko" və RFKP müşahidəçilərinin
məntəqələrə buraxılmaması və saxlanması, "karusel səsverməsi",
seçici fəallığı göstəricilərinin saxtalaşdırılması və digər
pozuntular barədə məlumatlar daxil olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.