Marneulidə Aslanov və Axundov küçələrinin bərpası üçün 1,6 milyon lari dəyərində tender elan edilib

Marneuli Bələdiyyəsinin özünüidarəetmə orqanı Marneuli şəhərindəki Aslanov və Axundov küçələrinin tam bərpası məqsədilə tender elan edib.


Satınalmanın ehtimal olunan dəyəri 1 647 305,00 lari təşkil edir və layihə 100% yerli büdcədən maliyyələşdiriləcək.

Layihə nəyi nəzərdə tutur?
"Caucasus Road" MMC tərəfindən hazırlanmış layihə-smeta sənədlərinə əsasən, hər iki küçədəki mövcud yol örtüyü ciddi şəkildə zədələnib, çuxurludur və

çınqıllıdır, yağış-su drenaj sisteminin bir hissəsi isə ümumiyyətlə fəaliyyət göstərmir.

Layihə sıx məskunlaşmış ərazidə yolların texniki parametrlərinin yaxşılaşdırılmasını və yeni asfalt-beton örtüyünün salınmasını nəzərdə tutur.

Axundov küçəsi: Bərpa olunacaq hissənin ümumi uzunluğu 2 004 metr təşkil edir. Layihədə drenaj küvetlərinin və borularının quraşdırılması, 72 həyət girişinin və 9 qovşağın təmiri, həmçinin yol nişanlarının quraşdırılması və yol xətlərinin çəkilməsi nəzərdə tutulub.

Aslanov küçəsi: Bərpa olunacaq hissənin ümumi uzunluğu 1 577 metr təşkil edir. İşlər yol örtüyünün tam yenilənməsini, 80 həyət girişinin və 2 qovşağın təmirini, yeni drenaj şəbəkəsinin və yol infrastrukturunun qurulmasını nəzərdə tutur.

Tenderdə təkliflərin qəbulu 29 sentyabrda başlayır, qalib gələcək şirkət isə işləri müqavilə bağlandıqdan sonra 180 təqvim günü ərzində yekunlaşdırmalıdır.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google