Təhsil Müəssisələrinin Mandatur Xidməti məktəblərdə təhlükəsizliyin
təmin edilməsi məqsədilə mandatur vəzifələrinə seçim müsabiqəsi
elan edib.
Vakant yerlər ölkə üzrə, o cümlədən Kvemo Kartli regionunun bir
sıra bələdiyyələrində təqdim olunub.
Kvemo Kartli üzrə vakansiyalar:
- Marneuli bələdiyyəsi: Əzizkənd kəndi – 1 vakansiya,
Keşəli kəndi – 1 vakansiya;
- Bolnisi bələdiyyəsi: Naxiduri kəndi – 2 vakansiya,
Kazreti qəsəbəsi – 1 vakansiya, Ratevani kəndi – 1 vakansiya,
Tamarisi qəsəbəsi – 1 vakansiya;
- Dmanisi bələdiyyəsi: Dmanisi şəhəri – 2 vakansiya,
Yırğançay kəndi – 2 vakansiya;
- Qardabani bələdiyyəsi: Qaracalar kəndi – 2
vakansiya;
- Tetritskaro bələdiyyəsi: Tetritskaro şəhəri – 1
vakansiya;
- Tsalka bələdiyyəsi: Tsalka şəhəri – 3
vakansiya.
Vakansiyalar, həmçinin Tbilisi, Mtsxeta-Mtianeti, Acarıstan,
Quriya, İmereti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Yuxarı
Svaneti, Kaxeti və Samtsxe-Cavaxeti bölgələrində elan olunub.
Müsabiqənin şərtləri
Mandatur vəzifəsinə namizəd 21 yaşdan yuxarı, fəaliyyət
qabiliyyətli Gürcüstan vətəndaşı olmalı, dövlət dilini bilməli, tam
orta, peşə və ya ali təhsilə malik olmalıdır. Namizədin məhkumluğu
olmamalı, sağlamlıq vəziyyəti isə xidməti vəzifələrin icrasına
uyğun olmalıdır.
Əməkhaqqı 1 500 lari təşkil edir (vergilər daxil).
Seçim mərhələləri və müraciət qaydası
Müsabiqə sənədlərin seçilməsi, müsahibə, fiziki hazırlığın
yoxlanılması və Polis Akademiyasında 1,5 aylıq hazırlıq kursunun
keçilməsini əhatə edir.
Maraqlanan şəxslər sənədlərini 23 sentyabr 2026-cı il tarixindən 2
oktyabr 2026-cı il tarixinədək elektron poçt vasitəsilə
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
ünvanına göndərə bilərlər.
Namizəd yalnız bir vakant vəzifə üzrə müraciət etməli və elektron
məktubun “Mövzu” (Subject) hissəsində adını, soyadını və müvafiq
bələdiyyənin adını qeyd etməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.