Marneuli meriyası yeni tədris ilinin başlaması münasibətilə 5 000 lari dəyərində sadələşdirilmiş satınalma həyata keçirib
Marneuli meriyası yeni tədris ilinin başlaması ilə əlaqədar uşaqlar üçün əyləncə tədbirinin təşkili məqsədilə 5 000 lari dəyərində sadələşdirilmiş satınalma müqaviləsi bağlayıb.

Sənədlərə və təqdim olunan xidməti məruzəyə əsasən, müqavilə sentyabrın 11-də fərdi sahibkar Qiorqi Qeqelaşvili ilə imzalanıb. Xidmət sentyabrın 14-də Cavaxişvili adına parkda keçirilən tədbirin təşkilini əhatə edib.

“Məqsədəuyğun hesab edirik ki, sentyabrın 14-də şagirdləri yeni

tədris ilinin başlaması münasibətilə musiqili-əyləncəli tədbirlə təbrik edək. Tədbirin tam şəkildə keçirilməsi üçün Cavaxişvili adına parkın rəngli lentlər, vimpellər və şarlarla bəzədilməsi lazımdır. Uşaqların əylənməsini müvafiq musiqi tərtibatı ilə 5 animator və 1 aparıcı animator təmin edəcək. Həmçinin uşaqlara paylanılması üçün 150 ədəd çap olunmuş kepka alınacaq”,
– Səhiyyə, sosial təminat, mədəniyyət və idman xidmətinin rəhbərinin xidməti məruzəsində qeyd olunub.

Sözügedən satınalma 100 faiz yerli özünüidarəetmə büdcəsindən maliyyələşdirilib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google