Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan Patriarxlığının yaydığı
bəyanata münasibət bildirib.
Azərbaycan tərəfi iki ölkə arasında mövcud olan strateji
tərəfdaşlıq və dostluq münasibətlərinin möhkəm təməllərə
söykəndiyini vurğulayıb. Xarici İşlər Nazirliyinin məlumatına görə,
mədəni və dini irslə bağlı istənilən məsələ diplomatik kanallar və
ikitərəfli komissiyalar çərçivəsində konstruktiv müstəvidə müzakirə
olunur. Bakı bildirir ki, Azərbaycan bütün dini və tarixi abidələrə
hörmətlə
yanaşır və Gürcüstanla tərəfdaşlığı bütün istiqamətlərdə
dərinləşdirməyə hazırdır.
25 sentyabr 2026 15:21
"
Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən
Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə
Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban
qonşuluq münasibətlərinin ruhuna ziddir.
Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər
adlarla təqdim edilməsi qəbuledilməzdir.
Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə
hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki
ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin
mühüm əsasını təşkil edir.
Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva
edən yanaşması anlaşılan deyil.
Dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər
boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq
münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi
vacibdir.
Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan
kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə
gedilməsi məsləhət görülmür.
Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini
abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin
ayrılmaz tərkib hissəsidir."
24.09.2026
Patriarxlıq Azərbaycanın ərazisində, “tarixi Hereti”də yerləşən
Müqəddəs Qiorqi adına Kürmük məbədində və onun ərazisində aparılan
işlərlə bağlı narahatlığını bildirib və müvafiq xidmətlərin cəlb
olunmasını tələb edib. Onların sözlərinə görə, XV əsrə aid tarixi
abidədə aparılan işlər barədə onlara məlumat verilməyib.
“
Bu, iki qonşu dövlət və xalqlar arasında mehriban qonşuluq
münasibətlərinə və əməkdaşlığın möhkəmləndirilməsi prosesinə mənfi
təsir göstərir...
Həm işlərin qeyri-müəyyən məqsədlərindən, həm də Gürcüstanın mədəni
irs abidəsinin gürcü tərəfi ilə razılaşdırılmadan bərpa
edilməsindən irəli gələn çoxsaylı suallar yaranır”, –
Patriarxlığın açıqlamasında deyilir.
Açıqlamada bildirilib ki, aşağıdakılar müəyyənləşdirilməlidir:
məbədin ərazisində hansı işlərin aparıldığı;
işlərin hansı tədqiqatlara əsaslandığı və bu tədqiqatları kimin
apardığı;
gürcü mədəni irs abidəsinin mühafizəsinin necə təmin edildiyi.
“Aşağıdakı prosesə Gürcüstan dövlətinin müvafiq
qurumlarının təcili şəkildə cəlb olunmasının və onların
səlahiyyətləri, eləcə də mövcud beynəlxalq əməkdaşlıq formatı
çərçivəsində lazımi reaksiya verilməsinin zəruri olduğunu hesab
edirik. Sözügedən qurumların məsələ ilə maraqlanması, rəsmi məlumat
əldə etməsi və Gürcüstan Patriarxlığının nümayəndələrinin, eləcə də
sahə üzrə gürcü mütəxəssislərin məsələnin müzakirəsinə cəlb
olunmasına kömək etməsi vacibdir”, – açıqlamada qeyd
olunur.
Patriarxlığın Facebook səhifəsində yayımlanan fotolarda Müqəddəs
Qiorqi adına Kürmük məbədinin daxili və xarici ərazilərinin
qazıldığı və əraziyə xüsusi, “işarələyici lent” çəkildiyi
görünür.
Azərbaycanda, Müqəddəs Qiorqi adına Kürmük məbədində zəvvarlar
adətən Qiorqoba bayramını qeyd edirlər. Ötən illərdə Dini
Qurumlarla İş üzrə Dövlət Agentliyinin rəhbəri bir neçə dəfə oraya
səfər edib, din xadimləri isə ibadət mərasimləri keçiriblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415