Qardabaninin Nəzərli kəndindəki qətllə bağlı bir nəfərə qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu Qardabani bələdiyyəsində baş vermiş qəsdən adamöldürmə faktı ilə bağlı bir nəfərə ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində aydın olub ki, oktyabrın 4-də Qardabani bələdiyyəsinin Nəzərli kəndində zərərçəkən şəxs təqsirləndirilənin azyaşlı övladını söyərək təhqir edib. Bundan qəzəblənən təqsirləndirilən şəxs qisas almaq və onu qəsdən öldürmək məqsədilə bıçaqla zərərçəkənə həyati təhlükəli xəsarətlər yetirib.

Nəticədə zərərçəkən hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi – qəsdən adamöldürmə maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google