Rusiya Danimarkanın Ukraynaya hərbi məhsul göndərən hərbi sənaye
şirkətlərinə qarşı təxribata başlayıb.
Bunu Danimarkanın Polis Kəşfiyyat Xidmətinin (PET) analitiki
Yozefina Kristensen Kopenhagendə təhlükəsizlik konfransında
bildirib.
"Yaz aylarında genişmiqyaslı planlaşdırma müşahidə etsək də, çox az
əməliyyat gerçəkləşmişdi. Amma yayın əvvəlindən etibarən onlar daha
aktiv əməliyyat fazasına keçdilər", – o deyib.
Kristensen izah edib ki, Rusiya hazırda
məhz silah istehsalını
hədəf alır və "cəbhə xəttinə birbaşa təsir göstərə biləcək
hədəfləri vurmağa çalışır".
Onun sözlərinə görə, Moskva bu işlər üçün daha çox hazırlıqsız
agentlərdən – "Telegram" və digər sosial şəbəkələr vasitəsilə cəlb
olunmuş evsizlərdən və narkotik asılılığı olan şəxslərdən istifadə
edir.
Analitik qeyd edib ki, agentlərin cəlbi adətən məlumat toplamaq və
ya foto çəkmək kimi sadə tapşırıqlarla başlayır, daha sonra isə
real diversiya əməliyyatlarına keçir: "Bu, sadəcə tez pul qazanmaq
istəyən hər hansı bir şəxs ola bilər. Birinci şəxs uğursuz olarsa,
onlar istədiklərinə nail olanadək başqa birinin köməyi ilə
məqsədlərini reallaşdırmağa çalışırlar".
"Politico" nəşri isə bundan əvvəl yazmışdı ki, Avropa İttifaqının
(Aİ) 27 ölkəsinin səfirləri son həftələr Rusiyanın insan tələfatına
səbəb ola biləcək mümkün irimiqyaslı hibrid hücumlarına blokun necə
cavab verməli olduğunu müzakirə edirlər. Nəşr bunu Aİ-nin beş
diplomatı və rəsmisinə istinadən yazıb. Onların qənaətinə görə,
belə bir ssenarinin baş verməsi getdikcə daha real görünür.
Diplomatlar böhran bölgələrinə təcili reaksiya qruplarının
göndərilməsini, zərərçəkən ölkəyə maliyyə yardımının ayrılmasını və
Aİ qurumlarının rəhbərləri arasında qarşılıqlı fəaliyyət
mexanizminin qurulmasını müzakirə edirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.