Ukraynanın Priluki şəhərində beşmərtəbəli yaşayış binasına raket
zərbəsi nəticəsində ölənlərin sayı 22 nəfərə yüksəlib. Bu barədə
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.
Rusiya oktyabrın 7-də səhər tezdən Prilukidəki binaya raket zərbəsi
endirib. Çerniqov vilayətinin hərbi administrasiyasının rəhbəri
Vyaçeslav Çaus həmin vaxt insanların hələ yatdığını bildirib.
Hadisə yerində axtarış-xilasetmə işləri bütün gecə davam edib.
Yeddisi uşaq olmaqla, 54 nəfər yaralanıb. Dağıntılar altından biri
uşaq olmaqla, 15 nəfəri sağ çıxarmaq mümkün olub.
Ukrayna hakimiyyəti və beynəlxalq təşkilatlar Rusiya ordusunun
Ukrayna şəhərlərinə və mülki infrastruktura zərbələrini hərbi
cinayət sayır, onların məqsədyönlü olduğunu vurğulayırlar. Rusiya
isə mülki infrastrukturu hədəfə almadığını bildirir.
Rusiyaya dron zərbələri
Ukraynanın monitorinq kanalları Ryazan vilayətindəki "Yandex DS"
data mərkəzinə və Başqırdıstandakı "Qazprom neftxim Salavat" neft
emalı zavoduna hücum barədə məlumat yayıb.
"Astra" müəyyən edib ki, Ryazandakı yanğın "Sasta" dəzgahqayırma
zavodunun ərazisində baş verib. Məlumata görə, "Yandex DS" məlumat
mərkəzi də həmin kompleksdə yerləşir. "Yandex" şirkəti "Yandex
Cloud" bulud platformasının xüsusi zonasında elektrik təchizatında
fasilələr yarandığını, insidentin nəticələrini aradan qaldırmaq
üçün iş aparıldığını bildirib. Hücumdan sonra "Yandex"in bir sıra
xidmətlərinin işində nasazlıqlar qeydə alınıb. "Dojd" telekanalı
qeyd edib ki, Rusiya internet məkanındakı bəzi digər resurslara, o
cümlədən "Postmypost" avtomatik paylaşım platforması və
"Komsomolskaya pravda" nəşrinin regional versiyasına girişdə
problemlər yaranıb.
"Astra"nın məlumatına görə, Başqırdıstandakı yanğın böyük ehtimalla
Rusiyanın ən iri neft emalı və neft-kimya komplekslərindən olan
"Qazprom neftxim Salavat" zavodunun ərazisində qeydə alınıb. Bu
müəssisə əvvəllər də dəfələrlə Ukrayna dronlarının hücumlarına
məruz qalıb, fəaliyyətini dayandırmalı olub. Zavod Ukrayna
sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.
Rusiya Müdafiə Nazirliyi ölkənin bir sıra vilayətləri, Moskva
regionu, Başqırdıstan, ilhaq edilmiş Krımın, eləcə də Qara dəniz
üzərində Ukraynaya məxsus 399 dronun vurulduğunu açıqlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.