Oktyabrın 9-da ABŞ və Ukrayna təmsilçiləri Mayamidə Rusiyanın
Ukraynadakı işğalçı müharibəsini bitirməklə bağlı yeni sülh
təkliflərini müzakirə edəcəklər.
Bu danışıqlar Rusiyanın qış ərəfəsində Kiyev və digər şəhərlərin
kritik infrastrukturuna endirdiyi kütləvi zərbələr fonunda
keçirilir.
Ağ evin məlumatına görə, ABŞ prezidentinin xüsusi elçiləri Stiv
Uitkoff və Cared Kuşner oktyabrın 9-da Ukrayna nümayəndə heyəti ilə
işçi görüş keçirəcəklər. Administrasiyanın
yüksək vəzifəli rəsmisi
AzadlıqRadiosuna bildirib ki, bu görüş münaqişə tərəflərinin hətta
mövqeləri fərqli olan sahələrdə belə əməkdaşlıq imkanlarını
müəyyənləşdirməyə şərait yaradacaq.
Rəsminin sözlərinə görə, tərəflər arasında əvvəlki təmaslar əsir
mübadiləsi kimi praktik nəticələr verib.
İlkin ikitərəfli görüşdən sonra Avropa müttəfiqləri (Böyük
Britaniya, Fransa, Almaniya), NATO və Avropa İttifaqı rəsmilərinin
iştirakı ilə daha geniş tərkibli toplantı keçiriləcək.
Rubionun xəbərdarlığı
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio münaqişənin təhlükəli
dalana dirəndiyi və Ukrayna sərhədlərindən kənara yayılma riski
barədə xəbərdarlıq səsləndirib.
Rubio bu durumu "çox təhlükəli müharibə" adlandırıb. Onun sözlərinə
görə, Rusiya qonşu NATO ölkələrində təxribat xarakterli gizli
əməliyyatlar törədə, zərbələr endirə və münaqişəni sürətlə
genişləndirə biləcək başqa addımlar ata bilər. O xəbərdarlıq edib
ki, bu cür gedişat iki ölkə arasındakı müharibəni sürətlə daha
böyük və xeyli təhlükəli regional münaqişəyə çevirə bilər.
Bu həftə ABŞ prezidenti Donald Tramp tezliklə Rusiya prezidenti
Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.
Planlarla tanış olan mənbələrin sözlərinə görə, Mayamidə ABŞ
təmsilçilərinin regiona son səfərləri zamanı tərəflərlə birgə
hazırlamağa başladıqları təkliflər müzakirə olunacaq.
İndiyə qədər bir neçə dəfə oxşar görüşlər keçirilib. Ağ evin xüsusi
elçisi S.Uitkoff və C.Kuşner sentyabrın əvvəlində Moskva və Kiyevə
səfər ediblər. Onlar Kiyevdə Volodimir Zelenski və Ukrayna
rəsmiləri ilə danışıqlardan əvvəl Moskvada Putinlə görüşüblər.
Danışıqlarda Ukraynanı prezident administrasiyasının rəhbəri Kirilo
Budanov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov kimi
yüksək rütbəli rəsmilərin təmsil edəcəyi gözlənilir.
Gizli plan
Daha genişformatlı görüşdə Böyük Britaniya, Fransa və Almaniyanın
milli təhlükəsizlik müşavirləri, həmçinin NATO, Aİ və ABŞ-nin
Avropa Komandanlığının təmsilçiləri iştirak edəcəklər. Ağ evin
Milli Təhlükəsizlik Şurasının və ABŞ Maliyyə Nazirliyinin
nümayəndələrinin də bu danışıqlara qatılacağı gözlənilir.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, nümayəndə heyəti
avropalı tərəfdaşlarla maliyyə yardımı və hava hücumundan müdafiə
məsələlərini, eləcə də pulların daha tez ayrılması yollarını ayrıca
müzakirə edəcək.
Son həftələrdə Rusiya Ukraynanın mülki infrastrukturuna qarşı
hücumlarını xeyli gücləndirib. AzadlıqRadiosunun "Sxemlər"
araşdırma layihəsi Ukrayna müdafiə qüvvələrindən rus dilində tərtib
olunmuş gizli bir sənədin surətini əldə edib. Sənəddə elektrik, su
və istiliyi kəskin şəkildə kəsməklə mülki əhaliyə böyük əziyyət
verməyi nəzərdə tutan hücum planı təsvir olunub.
Paralel olaraq, Vaşinqton Rusiya rəsmiləri ilə də ayrıca təmaslar
saxlayır. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev
bu yaxınlarda Vaşinqtonda amerikalı rəsmilərlə müvafiq müzakirələr
aparıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.