Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan
prezidenti İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkian
arasında görüş keçirilib.
AZƏRTAC-ın məlumatına görə, söhbət zamanı liderlərin əvvəlki
görüşləri və telefon danışıqları məmnunluqla xatırlanıb, həmçinin
Azərbaycan nümayəndə heyətinin yaxın vaxtlarda İrana etdiyi səfər
və aparılan müzakirələr yüksək qiymətləndirilib.
Görüşdə regional nəqliyyat və logistika əlaqələrini təmin edən
"Araz dəhlizi"nin mühüm elementi
— Ağbənd–Kəlalə layihəsinin
icrasında son mərhələyə qədəm qoyulduğu vurğulanıb. Araz çayı
üzərində inşa olunan bu strateji avtomobil yolu və körpü
infrastrukturu Azərbaycanın əsas hissəsini İran ərazisindən
keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.
Türkmənistanda keçmiş SSRİ respublikalarını bir araya gətirən MDB
sammiti keçirilir və İran ilk dəfədir ki, belə bir tədbirdə iştirak
edir.
Sentyabrın sonlarında energetika nazirinin müavini Elnur
Soltanovun, ötən həftə isə baş nazirin müavini Şahin Mustafayevin
rəhbərlik etdiyi nümayəndə heyətləri İranda rəsmi görüşlər
keçiriblər. Yerli medianın yaydığı məlumata görə, bu müzakirələrin
əsas mövzularından biri də İranın Azərbaycandan elektrik enerjisi
idxalını artırmaq niyyəti olub.
30 sentyabr
Şahin Mustafayev İran nazirləri ilə 'məhsuldar' müzakirələr
aparıb
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik
etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin
rəsmiləri ilə geniştərkibli görüşlər keçirib.
AZƏRTAC-ın Nazirlər Kabinetinə istinadən sentyabrın 30-da yaydığı
məlumata görə, səfər zamanı Ş.Mustafayevin rəhbərlik etdiyi
nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika
naziri Abbas Aliabadi ilə də "məhsuldar" müzakirələr aparıb.
"Hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən
keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib", -
məlumatda bildirilir.
Müzakirələrin detalları açıqlanmasa da, digər yerli media qurumları
İrandakı mənbələrinə əsasən Tehranın Azərbaycandan elektrik
enerjisi idxalını artırmaq istədiyini bildirir.
Son aylarda iki ölkə arasında elektrik alqı-satqısına dair
statistik göstəricilər ictimaiyyətə açıqlanmayıb.
Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın
Tehrandakı səfirliyinə silahlı hücumdan sonra kəskin
gərginləşmişdi. Həmin hücumda bir nəfər həlak olmuşdu. Sonrakı
dövrdə əlaqələrdə müəyyən yumşalma yaranıb, tərəflər birgə hərbi
təlimlər keçiriblər.
Amma regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb.
Xüsusilə 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi
toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların
düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident İlham Əliyev
bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq
tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan
edərək araşdırma aparılacağını bildirib. Bu gərginlik səbəbindən
dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından
sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım
göndərib.
Son vaxtlar ABŞ İrana qarşı illərlə davam edən sanksiyaları daha da
sərtləşdirib. Vaşinqton İranın nüvə proqramını dünya üçün təhdid
sayır, Tehran isə bu proqramdan geri addım atmayacağını
bildirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.