Parlament sədrinin müavini, “Xalqın Gücü” partiyasının sədri Sozar
Subari Avropa İttifaqı və Avropa Şurası
tərəfindən qəbul edilmiş qətnamələrə münasibət bildirib. O deyir
ki, bu sənədlər Avropa İttifaqının Gürcüstana münasibətdə
siyasətinə təsir göstərə bilər. Lakin onun fikrincə, həmin sənədlər
ədalətsiz və yanlış məlumatlara əsaslanır və onların nəzərə
alınması yolverilməzdir.
“Hakimiyyət nümayəndələrindən Gürcüstanla bağlı Avropa
İttifaqı və Avropa Şurası tərəfindən qəbul edilən qətnamələrin
saman qiymətində olduğu barədə fikirləri tez-tez eşidirik. Əslində
isə belə deyil. Bu cür qətnamələrin hər birinin mənfi təsiri var,
çünki nəticə etibarilə onlar Gürcüstana qarşı həyata keçirilən
siyasətə təsir göstərir və vətənimizdə baş verənlərlə bağlı yanlış
təsəvvürlər formalaşdırır.
Digər tərəfdən, bu qətnamələr, bir qayda olaraq, tamamilə
ədalətsizdir və yalan məlumatlarla doludur. Buna görə də onların
qəbul edilməsi və nəzərə alınması mümkün deyil və
edilməməlidir.
Təbii ki, avrobürokratların Gürcüstana qarşı daha ədalətli və
vicdanlı münasibət göstərmələrini istərdik. Lakin digər tərəfdən,
onların yürütdükləri bu cür ədalətsiz və çox vaxt düşmənçilik
xarakterli siyasət gözləntilərinin tam əksinə nəticə verib.
Gürcüstan cəmiyyətində həm avrobürokratiyaya, həm də onların
Gürcüstanda dəstəklədikləri partiyalara və QHT-lərə inam kəskin
şəkildə azalıb. Çünki insanlar həqiqətin harada, yalanın harada,
ədalətin harada, ədalətsizliyin isə harada olduğunu yaxşı görür və
buna uyğun qərarlar qəbul edirlər”, — deyə Subari
bildirib.
Onun sözlərinə görə, partiya Gürcüstanın Rusiya-Ukrayna
müharibəsinə cəlb olunmaq təhlükəsi barədə cəmiyyəti
məlumatlandırıb və ölkəni bu təhlükədən qoruyub.
“Cəmiyyətin düzgün məlumatlandırılması işində bizim partiyamız —
‘Xalqın Gücü’ həqiqətən də buzqıran gəminin rolunu oynayıb və
vətənimizi böyük təhlükədən qorumaqda əsas pay sahiblərindən biri
olub. Mən Gürcüstanı Rusiya-Ukrayna müharibəsinə cəlb etmək
cəhdlərini nəzərdə tuturam. Bu cəhdləri bizim guya ‘xarici
dostlarımız’ və onların yerli agentləri — radikal müxalifət, ondan
heç də az radikal olmayan QHT-lər və özlərini ‘ekspert’ adlandıran
şəxslər — bütün gücləri ilə həyata keçirməyə
çalışırdılar”, — deyə Sozar Subari bildirib.
Mənbə: news.on.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.