Abxaziyanın de-fakto respublikası və Rusiya silahlı qüvvələrinin
iştirakı ilə oktyabrın 12-dən 16-dək genişmiqyaslı
əməliyyat-taktiki təlimlər keçirilir.
De-fakto hakimiyyətlə əlaqəli “apsadgil.info” nəşrinin məlumatına
görə, təlimlər qoşunların döyüş hazırlığının ən yüksək səviyyəyə
çatdırılması ilə başlayıb.
Oktyabrın 13-də Abxaziyanın de-fakto prezidenti Badra Qunba hərbi
qruplaşmaların komandirləri ilə müşavirə keçirib. Müşavirədə
“təlim planının həyata keçirilməsi, hərbi bölmələrin idarə
olunması və onların fəaliyyətinin əlaqələndirilməsi məsələləri
müzakirə edilib”.
Yerli medianın məlumatına görə, “Abxaziya və Rusiya silahlı
qüvvələri arasında qarşılıqlı fəaliyyətə, eləcə də müasir döyüş
şəraitində yeni taktiki yanaşmaların tətbiqinə xüsusi diqqət
yetirilib”.
Rusiya Abxaziyanın işğal olunmuş ərazisində hərbi baza yerləşdirib.
2010-cu il fevralın 17-də Moskva və Suxumidəki de-fakto hakimiyyət
Abxaziyada Rusiyanın birləşmiş hərbi bazasının yaradılması haqqında
saziş imzalayıb.
2014-cü il noyabrın 24-də isə Vladimir Putin və Raul Hacimba
müttəfiqlik və strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Saziş müdafiə və təhlükəsizlik sahəsində vahid məkanın
yaradılmasını nəzərdə tuturdu.
2015-ci ildə tərəflər birgə hərbi qüvvələr qruplaşmasının
yaradılması haqqında da saziş imzalayıblar.
Gürcüstanın Xarici İşlər Nazirliyi bu sazişləri Gürcüstanın
suverenliyinin və ərazi bütövlüyünün pozulması, eləcə də işğal
olunmuş ərazilərin ilhaqına yönəlmiş addımlar kimi
qiymətləndirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.