Zurab Caparidze Türkiyədə saxlanılıb, onu Gürcüstana qaytaracaqlar

Avropa Liberalları və Demokratları Alyansı (ALDE) Türkiyədə gürcü müxalifətçi siyasətçi Zurab Caparidzenin saxlanılması barədə məlumat yayıb.


Zurab Caparidzenin “Qirçi – Daha Çox Azadlıq” partiyası ALDE-nin üzvüdür.

Təşkilatın məlumatına görə, Caparidze Türkiyədə hava limanında saxlanılıb, daha sonra kameraya yerləşdirilib, pasportu və çantası əlindən alınıb. ALDE yazır ki, onu oktyabrın 15-də Gürcüstana qaytaracaqlar.

Caparidze Türkiyə üzərindən Brüsselə gedirdi.

O, Avropa Parlamentinin liberal siyasi qrupu olan “Avropanı Yenilə”nin (Renew Europe) liderlər sammitinə dəvət olunmuşdu. Sammit oktyabrın 15-də keçiriləcək.

“Onun sammitdə iştirak edə bilməyəcəyinə təəssüflənirik. Öz ölkələrinin Avropayönümlü və demokratik gələcəyinə can atan müxalifət partiyalarının fəaliyyətinə və hərəkət azadlığına bu cür təzyiqlərin hələ də davam etməsi təəssüf doğurur”, – deyə ALDE-nin bəyanatında bildirilir.

Daha sonra Zurab Caparidze də sosial şəbəkədə paylaşım edib. O bildirib ki, Türkiyədə tranzit zamanı aviaşirkəti dəyişməli idi.

“Sərhəddə məni saxladılar. İzah etdiklərinə görə, 2025-ci ilin noyabrından Türkiyəyə girişimə qadağa qoyulub. Görünür, Gürcüstanın rəsmi qurumlarından mənim haqqımda müəyyən məlumat alıblar.
Sabah səhər məni Tbilisiyə qaytarırlar.
Təəssüf ki, mühüm görüşlərdə iştirak etmək imkanını itirdim.
Narahat olmağa başqa heç nə yoxdur”,
– deyə Caparidze yazıb.



 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google