"Rusiya Dəmir Yolları" (RJD) dövlət şirkətinin rəhbəri oktyabrın
14-də Yerevanda baş nazir Nikol Paşinyanla görüşüb.
Onun sözlərindən məlum olur ki, Paşinyan Ermənistan dəmir
yollarının Rusiyanın idarəçiliyindən çıxarılmasında israr etməyib.
Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.
2008-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış sazişə
əsasən, bu ölkənin dəmir yollarının idarəçiliyi 30 il müddətinə
RJD-yə verilib. Oleq Belozyorov
Ermənistanın paytaxtına məhz bu
sazişin gələcəyini müzakirə etmək üçün gəlib.
Fevralda Paşinyan Ermənistanın dəmir yolu şəbəkəsini Rusiyaya aid
olmayan başqa bir şirkətin idarə etməli olduğunu bildirmişdi. Onun
sözlərinə görə, dəmir yollarının hazırkı statusu Türkiyə və
Azərbaycanı tranzit məqsədilə Ermənistan ərazisinin daha böyük
hissəsindən istifadə etməkdən çəkindirir.
O vaxtdan bəri Rusiya-Ermənistan münasibətləri daha da pisləşib,
Moskva isə Paşinyanın tələblərini dəfələrlə rədd edib.
Birgə işçi qrup yaradılacaq
"Konsessiyanın saxlanılıb-saxlanılmaması məsələsi
gündəlikdə deyil. Biz konsessiya sazişinin icrasını müzakirə etdik.
Saziş icra olunur və biz birgə işləmək barədə razılığa
gəldik", – Belozyorov Paşinyanla danışıqlardan sonra
jurnalistlərə bildirib.
O, danışıqların "çox yaxşı" keçdiyini söyləyib.
Ermənistan hökumətinin yaydığı bəyanatda bildirilir ki, Paşinyan və
Belozyorov "Ermənistan dəmir yollarının idarə olunmasında
səmərəliliyi, mövcud problemləri və onların həlli yollarını",
həmçinin Türkiyə və Azərbaycan sərhədlərinə uzanan, hazırda
istifadə olunmayan dəmir yolu hissələrinin bərpası planlarını
müzakirə ediblər. Görüşdə birgə işçi qrupun yaradılması barədə
razılıq əldə olunub.
Avqustda Paşinyan RJD-ni beynəlxalq məhkəməyə verməklə, yaxud dəmir
yollarının idarəetmə hüququ qarşılığında Rusiya şirkətindən ildə 2
milyard dollara qədər ödəniş tələb etməklə hədələmişdi.
Həmin vaxt Belozyorov bildirmişdi ki, Yerevan 2009-cu ildən bəri
Ermənistana yatırıldığını iddia etdiyi təxminən 400 milyon
dollarlıq sərmayəyə görə onun şirkətinə kompensasiya ödəməli
olacaq.
Sonradan Paşinyan bu məsələ ilə bağlı ritorikasını yumşaldıb.
Bu arada Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə daha bir
çətin görüşü gözlənilir. Onlar sonuncu dəfə sentyabrın 1-də
görüşüblər. Həmin görüşdə Putin bir daha Ermənistanı Avropa
İttifaqına üzvlük kursu ilə Rusiyanın rəhbərlik etdiyi iqtisadi
blok arasında tezliklə seçim etməyə çağırıb.
Rusiya hakimiyyəti artıq bu ilin əvvəlindən Ermənistandan kənd
təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.