Müstəqil namizəd Salome Zurabişvili 2018-ci il 23 avqustdan 11
sentyabradək ümumilikdə 101 701 lari maliyyə yardımı alıb.
Bu haqda məlumatı Dövlət Audit Xidməti yayımlayıb.
Audit xidmətinin məlumatına görə, 27 avqust tarixində Salome
Zurabişvili özünə 40 000 lari ianə köçürüb.
Digər ianələrə gəldikdə isə, ən böyük ianəni 11 sentyabr tarixində
fiziki şəxs Vaxtanq Lağidze tərəfindən bağışlanıb – 50 min
lari.
Bundan başqa, qeyd olunan müddətdə Salome Zurabişvili 7 320 lari
dəyərində qeyri-maliyyə yardımı da alıb.
Zurabişvilini maliyyələşdirənlər siyahısında yalnız fiziki şəxslər
var.