Milli imtahanlar məktəb buraxılış imtahanları ilə birləşdirə bilər

Milli imtahanlar məktəb buraxılış imtahanları (CAT) ilə birləşdirə bilər.

Bu barədə “İnterpresnyus”a Gürcüstan Parlamentinin təhsil, elm və mədəniyyət komitəsi sədrinin birinci müavini Qenadi Marqvelaşvili bildirib.

Marqvelaşvilinin dediyinə görə, 2020-ci ilədək milli imtahanlara əhəmiyyətli dəyişikliklər ediləcək.

"Müəyyən mənada bu, imtahanların struktur dəyişikliyini nəzərdə tutur. Milli İmtahan Mərkəzinin özünün struktur dəyişikliyini nə təkzib, nə də təsdiq edə bilərəm. Oturmaq və nəyin necə ediləcəyi ilə bağlı ciddi düşünmək lazımdır. Mən bu qədər imtahanın olmasına qarşıyam. CAT imtahanı olacaq yaxud qəbul imtahanları, bunların birləşdirilməsi mümkündür. Uşağın inkişafına yönəlməyən, yalnız baryeri keçməni nəzərdə tutan və tezliklə unudulub gedən imtahan uşağa lazım deyil. Hesab edirəm ki, bu qədər çox imtahan olmamalıdır. Bu istiqamətdə yenidənqurma həqiqətən də lazımdır və nazirlik 2020-ci ilə qədər bunu elan edəcək. CAT və milli imtahanların birləşdiriləcəyini istisna etmirəm. Mənim fikrimcə, uşaqların imtahanlarının sayını azaldıb keyfiyyətini yaxşılaşdırmaq daha yaxşı olar. İstənilən halda elə vəzifə qoyacaqlar ki, bunun da məsuliyyəti özlərinə aid olacaq və başqa komponentlərdən asılı olmayacaqlar", - deyə Qennadi Marqvelaşvili bildirib.

 

Mənbə: İnterPressNews

 

Print
თეგები: Gürcüstan Marneuli radiosu Təhsil