Gürcüstanda 3 bal gücündə zəlzələ olub

Dəqiqləşdirilmiş məlumata görə, Gürcüstanda bu gün baş verən zəlzələ 3 bal gücündə olub.


Yerin Öyrənilməsi Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzi veb səhifəsinə zəlzələ haqqında dəqiqləşdirilmiş məlumat yerləşdirib.

Həmin məlumata görə, bu gün saat 15:13-də zəlzələ olub.

Zəlzələnin episentri Norio kəndi, gücü isə 3 bal olub.

İlk olaraq zəlzələnin episentrinin Kvişiani kəndi, gücünün isə 3.2 bal olması barədə məlumat yayılmışdı.

17 sentyabr tarixində də Gürcüstanda 2.6 bal gücündə zəlzələ olmuşdu. Həmin vaxt zəlzələnin episentri Tbilisi, İsani Samqori rayonunun Kiçik Lilo kədnində qeydə alınmışdı.

 

Mənbə: Birinci Kanal

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google