Vaşadze “narkobitkilərin” yetişdirilməsinin Konstitusiya ilə qadağan olunmasını tələb edir

Qriqol Vaşadzenin bildirdiyinə görə, “Güc Birlikdədir” müxalifət ittifaqı “narkobitkilərin” yetişdirilməsini qadağan edəcək konstitusiya dəyişikliyi üçün imza toplamağa başlayır.

Bu haqda Vaşadze jurnalistlərə məlumat verib.

Həşişin yetişdirilməsi Gürcüstanda indi də qadağandır, lakin bu qanun səviyyəsindədir. Vaşadze isə qadağanın Konstitusiya səviyyəsində olmasını arzulayır.

Bundan əlavə Vaşadze hakim komandanın tibbi və kosmetik məqsədlə həşiş istehsalının qanuniləşdirilməsinin nəzərdə tutan qanun layihəsini geri çəkmələrini tələb edir.

 

Mənbə: Netgazeti

 

Print