Gürcüstan Parlamenti plenar iclaslarını 2019-cu ilin yanvarından
etibarən paytaxtda davam etdirəcəyi ehtimal olunur.
Məlumatı ilk olaraq öz mənbələrinə istinadən İctimai kanal
yayımlayıb.
Bu məlumatı “Netgazeti”yə çoxluğun millət vəkilləri Qia Qaçeçiladze
və Qia Jorjoliani də təsdiqlədi.
Bu qərar Parlamentin tam olaraq Tbilisiyə gələcəyini nəzərdə
tutur.
Birinci kanalın məlumatına görə, hakim komanda artıq Parlamentin
reqlamentinə dəyişikliklərin müzakirə edilməsi ilə bağlı qərar
qəbul edib.
Qia Qaçeçiladzenin dediyinə görə, Parlamentin plenar iclasların
Tbilisi Parlament binasında keçirilməsini nəzərdə tutan reqlament
layihəsini bu gün nəzərdən keçirəcəyi gözlənilir.
Kutaisi şəhərindəki binaya gəlincə, birinci kanalın yazdığına görə,
binanın Daxili İşlər Nazirliyinə təhvil verilməsi göslənir. Qia
Qaçeçiladzenin sözlərinə görə, bu məsələyə dair müxtəlif variantlar
müzakirə ediləcək, bununla belə “ciddi versiyalardan biri” kimi
binanın regional polis idarəsinə çevrilməsinin müzakirə ediləcəyini
də təsdiqlədi.