Bir mənzil və 3 torpaq sahəsi - Zaur Tabatadzenin əmlak bəyannaməsi
Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin daşınmaz əmlak qismində üç torpaq sahəsi və bir evi var.
30 may 2018-ci ildə Zaur Tabatadze tərəfindən yayımlanmış bəyanata görə, o, 1990-cı ildə Tbilisi şəhərində 200 000 manata 88 kv.m. sahəsi olan mənzil alıb. Tabatadze 1999-cu ildə Lançxuti bələdiyyəsinin Qriqoleti kəndində 1500 dollara 300 kv.m. sahəsi olan torpaq alıb.

2005-ci ildə Msxeta rayonunun Misaktsieli kəndində yerləşən 1500 kv.m. torpaq sahəsinə 3500 dollar ödəyib. 2006-cı ildə isə Marneuli bələdiyyəsinin Tsereteli kəndində 7500 dollara 2 145 kv.m. torpaq sahəsi alıb.

Marneuli merinin səlahiyyətlərini icra edən Tabatadze daşınar əmlak qismində 2005-ci ildə 5000 dollar dəyərində 1996-cı il istehsalı olan Mercedes-Benz alıb.

Zaur Tabatadzenin nə bank hesabında, nə də nəğd olaraq pul vəsaiti olmayıb.

Tabatadzenin “Cişsaşei Gürcüstanda” MMC-də 14.28%, “Mezonin Gürcüstanda” MMC-də isə 30%-lik səhmi var. Tabatadzenin ötən il 1 yanvardan 31 dekabradək hər iki müəssisənin fəaliyyətindən əldə etdiyi gəlir isə 0 lari olub.

"Marneuli" Radiosu
Print