Xəbərlər
Qumar və gəlirli oyunların reklamı qadağan oluna bilər
Qumar və gəlirli oyunların reklamı qadağan oluna və 10 000 larilik cərimənin əsası ola bilər.
İPN-nin məlumatına görə, müvafiq qanunvericilik dəyişikliklər paketi hazırdır və o, müzakirə üçün parlamentə yaxın günlərdə göndəriləcək.

Bir neçə qanunda planlaşdırılmış dəyişikliklərə əsasən qumar və gəlirli oyunların reklamının dini, uşaq, tədris və tibbi müəssisələrdə və idman təşkilatlarında, eləcə də onlardan 100 metr radiusda yayımlanması qadağan olunur.

Eləcə də qumar və gəlirli oyunların reklamının sponsorlardan əlavə, televiziya, radio, internet və başqa kommunikasiya vasitələrində yayımlanması da qadağan olunacaq. Sponsor olan halda isə qumar və gəlirli oyunların rekalmının yayımlanması zamanı yalnız oyunların təşkilatçısı istehsalçı subyektin adlandırılması və əmlak işarəsi/loqotipinin yayımlanması yolveriləndir. Qumar və gəlirli oyunlarının reklamının qadağan olunması həvəsləndirici oyunların reklamına aid deyil.

Qanunlayihə ilə müəyyən edilib ki, qumar və gəlirli oyunların reklamının yayımlanması qaydasının pozulması reklam yerləşdirənin hər reklam üçün 10 000 lari dəyərində cərimələnməsinə səbəb olacaq. Beləliklə, cərimə səbəbinin aradan qaldırılmaması halında müvafiq cərimənin miqdarı hər ay iki qat olacaq.

Qeyd olunan işlərlə bağlı inzibati xətalar protokolunu Maliyyə Nazirliyinin müvafiq orqanları tərtib edəcək.

Qanunverici dəyişikliklərin müəllifi və təşəbbüskarı deputatlardır: Levan Qoqiçaişvili, İrakli Beraia, İrakli Abuseridze, Qoqa Qulordava, Bidzina Qeqidze və Tsodne Zurabiani.

თეგები: Oyun Qumar Xəbər
FaceBook Twitter Google
მსგავსი სიახლეები
"Mariupolda fəvvarələr sözsüz ki, yaxşıdır. Lakin Odessada ondan geridə qalmır", – bu barədə Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili
Tbilisidə yağan güclü yağışa görə
Təxirəsalınmaz Yardım üzrə Operativ İdarə Mərkəzi
112-yə
Tbilisidə yağan güclü yağışa görə Təxirəsalınmaz Yardım üzrə Operativ İdarə Mərkəzi 112-yə
Rustavidə, 12 yaşlı yeniyetmənin qətl hadisəsi
ilə bağlı polis vəzifəsini düzgün yeirnə yetirmədiyinə görə həkimi
saxlayıb.
Rustavidə, 12 yaşlı yeniyetmənin qətl hadisəsi ilə bağlı polis vəzifəsini düzgün yeirnə yetirmədiyinə görə həkimi saxlayıb.
Gürcüstan məktəblərində işlə təmin olunan 64
329 pedaqoqdan 16 406 nəfəri pensiya yaşlıdır.
Gürcüstan məktəblərində işlə təmin olunan 64 329 pedaqoqdan 16 406 nəfəri pensiya yaşlıdır.
Ötən
gün güclü yağış və külək Tsalencixa bələdiyyəsinə ziyan
vurub.
Ötən gün güclü yağış və külək Tsalencixa bələdiyyəsinə ziyan vurub.
Gürcüstanın İşğal Edilmiş Ərazilərindən
Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsinə
Ekaterine Tikaradze təyin olunub.
Gürcüstanın İşğal Edilmiş Ərazilərindən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsinə Ekaterine Tikaradze təyin olunub.
21
iyun tarixində Marneuli Gənclər Mərkəzində yardım məqsədi ilə qan
vermə aksiyası keçiriləcək.
21 iyun tarixində Marneuli Gənclər Mərkəzində yardım məqsədi ilə qan vermə aksiyası keçiriləcək.
19
iyun tarixində Xuldərə İctimai Resurs Mərkəzində (Qaraj) saat
18:00-da Kənd Yığıncağı adlı tədbir keçiriləcək.
19 iyun tarixində Xuldərə İctimai Resurs Mərkəzində (Qaraj) saat 18:00-da Kənd Yığıncağı adlı tədbir keçiriləcək.